Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler üçüncülüyə sevinir

Ferrari komandasının sürücüsü Şarl Lekler ev yarışlarından biri olan Emiliya Romanyada üçüncü olduğu üçün sevinclidir.

Kokpit.a xatırladır ki, Ferrari komandası İmolaya çoxlu yeniliklərlə gəlmiş və cümə sərbəst yürüşlərində zirvədə yer almışdı. Lakin şənbə günü “qırmızılar” Red Bull və McLaren-dən geri qalmışdılar.

Ferrari yarışda da Red Bull və McLaren-ə qarşı müqavimət göstərə bilməyib və Şarl Lekler üçüncü yerə razı olub. Monakolu sürücü yarışdan sonra təəssüratlarını paylaşıb: “Əlbəttə, sadəcə qalib gələndə sevinirəm. Hard təkərlərə təzə keçəndə sürətli idik. Landoya təzyiq göstərmək üçün əlimdən gələni etdim. Ancaq daha sonra birdən sürətləndi. Onun yarış tempi çox güclü idi.

Sıralanma turunda tempimiz zəif idi. İlk düzlükdə gerdidə qaldıq. Dövrənin qalan hissələrində isə sürətli idik. Bu da mövsümün növbəti yarışları üçün gözəl xəbərdir. İmolada bütün tiffozilərlə podiumda olmaq inanılmazdır”.

Qeyd edək ki, bu, Leklerin İmoladakı ilk podiumu olub. Ferrari isə 2006-cı ildən sonra bu trasda podiuma qayıdıb.

Rauf Hacıyev

Şərh əlavə et