Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Bir-iki dövrə lazım idi

McLaren komandasının sürücüsü Lando Norris düşünür ki, 1-2 dövrə də olsa, Maks Ferstappeni keçərdi.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü yarışın son 15 dövrəsində lider Ferstappenlə 7 saniyəlik fərqi bağlayıb. Lando son dövrədə Maksla fərqi 1 saniyənin altına salsa da, hücum edə bilməyib və ikinciliyə razı olub.

Lando Norris yarışdan sonra məyus olduğunu deyib: “Bəxtimiz gətirmədi. Az qala onu keçirdik. Startda çox şey itirdik, amma yekunda əla həftəsonu keçirdik. Hamını təbrik edirəm. Çox yaxşı xallar qazandıq və bunun davamı gəlməlidir. Sadəcə bir ya da iki dövrəyə ehtiyacım var idi. Qalib gələ bilməmək əsəblərimi pozur.

Bunu demək mənim ürəyimi ağrıtsa da, bir ya da iki dövrə artıq olsa, Maksı keçərdim. Son dövrəyə qədər mübarizə apardım, amma startda çox geridə qaldım. Yarışın ilk hissəsində o güclü idi. İkinci hissədə isə biz daha güclü idik.

Məncə, artıq Ferrari və Red Bull komandalarının səviyyəsindəyik. Buna görə qələbə uğrunda mübarizəyə öyrəşməliyik. Hamımız çox yaxşı işlər görürük. Artıq birinci ya da ikinci yerlər uğrunda mübarizə aparırıq.

Qazanmamaq bizim üçün əsəbpozucudur, amma keçən yarış gətirdiyimiz yeniliklərdən sonra qələbələrə öyrəşməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et