Kokpit.az xatırladır ki, britaniyalı sürücü İmoladakı sıralanma turunda üçüncü olub və o, iki Ferrari sürücüsünü qabaqlaya bilib.
Lando Norris: “Üçüncü yer heç də pis deyil. Piastri və mən birinci yerə çox yaxın idik. Fərqlər çox azdır, amma komanda olaraq yaxşı həftəsonu keçirdik. Oskar çox yaxşı iş gördü. Ferstappen də onun kimi. Həyəcan verici sıralanma turu idi. Sabahkı yarış üçün səbirsizlənirəm.
Zirvəyə getdikcə yaxınlaşırıq. Ferrari-ni qabaqlamaq bizim üçün çox gözəl nəticədir. Sabah bizi yaxşı yarış gözləyir. Nəticələr çox yaxın olacaq. Ümid edirəm ki, həyəcan verici yarış olar. Xüsusən də, dövrəvi nəticələr yaxın olanda işlər çətinləşir. Yarış ilk dövrədən, strategiyadan və pit-stoplardan asılı olacaq. Çox çətin yarış olacaq”.
Şərh əlavə et