Ferrari İmolada SF-24-ün yeniliklərini test edib

Ferrari İmolada SF-24-ün yeniliklərini test edib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandasının sürücüsü Şarl Lekler çəkiliş günündə yeni aerodonamik paketli Ferrari SF-24-ü Fyoranoda sürüb. 

Kokpit.az bildirir ki, Ferrari gözləniləni edib: yenilikləri ilk dəfə çəkiliş günündə İmolada üzə çıxarıb. İtalyan komandası reqlamentin icazə verdiyi çəkiliş günündən istifadə edib.

Günü Artur Lekler açıb. O, ilk olaraq Ferrari F1-75-i sürüb. Gənc sürücü hamıdan əvvəl trasa çıxaraq, bir neçə dövrə vurub. Ferrari çəkiliş günü ilə bərabır yeni aertodinamik detalları da test edib.
Qeyd edək ki, Ferrari bu il üç dəfə böyük yenilik paketi gətirəcək və bunlardan ilki İmola trasında olacaq.  Komanda bugünkü çəkiliş günündə aerodinamik boru ilə simulyator məlumatlarının və trasdakı performansın üst-üstə necə düşməsini yoxlayıb.
Əvvəl sükan arxasına Şarl Lekler keçib. Daha sonra isə onu Karlos Sayns əvəz edib. Monakolu sürücü indidən yeni yarış mühəndisi Brayan Botsi ilə işləməyə başlayıb.
Ferrari komandası yeniliklərdən sonra bir Red Bull-a bənzəyib. Lakin bu yeniliyin qışdan planlaşdırıldığı deyilir. Dekabr ayında Maranelloya gələn Red Bull mühəndisləri bu yeniliyi əvvəldən proqnozlaşdırıblar. Burada əsas məqsəd aerodinamik faydaya təsir etmədən asfaltayatma gücünü artırmaqdır. Yeni saydpos quruluşu və daha dar radiator girişi ilə maşının altlığına daha çox hava girişi təmin edilir. Ferrari arxa qanadın dirəncini azaltmaq və alt qanadın faydasını artirmaq üçün SF-24-ün quruluşunun bir hissəsi olan arxa kanaldan qismən imtina edib.
Arxa tərəf venturi kanallarının dizaynından siffuzora qədər tamamilə yenilənib. Bundan başqa yeni saydpod və arxa tərəflə daha yaxşı işləyən yeni ön qanad mövcuddur.
Beləliklə, Ferrari İmolaya yeni altlıq, hava girişi, saydpod, ön qanad, arxa qanad gətirəcək.  Yarış şöbəsi hələki səbirli davranır və çalışır ki, maşının performansını artıran yeniliklər gətirsinlər. Bununla da maşının performansının yaxşılaşmasına ümid edirlər.

Bunları da oxuyun

Şərh əlavə et