Xəbəri Kokpitdə Oxuyun!

Ferrari İmola üçün yeniliklər hazırlayır

Ferrari komandası mövsümə pis başlamayıb və hazırda çempionatın ikinci ən sürətli avtomobilinə sahibdir.

Kokpit.az xatırladır ki, ilk 2 yarışda Red Bull-a uduzan komanda hər iki halda podiumun son pilləsinin sahibi olub. Scuderia yeni SF-24-ün səmərəliliyindən məmnundur və İtaliya mətbuatının bəzi təfərrüatlarını öyrənə bildiyi əlavə yeniliklər hazırlayır.

Aprel ayında avtomobil demək olar ki, dəyişməz qalacaq – Yaponiya və Çin mərhələlərində kiçik yenilənmələr gözlənilir. Komanda mayın 17-19-da baş tutacaq İmoladakı ev mərhələsi üçün böyük aerodinamik paket hazırlayır.

Emiliya-Romanya Qran Prisində Lekler və Saynsın avtomobilləri yeni yan pontonlar və yeni kuzov alacaqlar ki, bu da həmin elementlərin hazırkı versiyalarının təkamül inkişafı olacaq.

Daha əvvəl də məlum olmuşdu ki, McLaren də İmola və ya Monakoya böyük bir yeni paket gətirəcək.

Elçin Zodorov

Şərh əlavə et