Xəbəri Kokpitdə Oxuyun!

Valentino Rossi WEC-də yarışacaq

Əfsanəvi italyan motosiklet yarışçısı, doqquzqat dünya çempionu Valentino Rossi gələn il WEC-ə keçəcək, burada LMGT3 kateqoriyasında Team WRT üçün yarışacaq və BMW M4 GT3 avtomobilini idarə edəcək.

Noyabrda 45 yaşı tamam olmasına iki ay ayrım qalmış, dözümlülük çempionatının finalından sonra Bəhreyndə keçirilən gənclərin testlərində iştirak edib. Belə görünür ki, Belçika komandası yaxşı nəticələr göstərən Valentinoya GT World Challenge-da iştirakdan daha mühüm iş tapşırıb – yeri gəlmişkən, bu seriya və Dünya Dözümlülük Çempionatı gələn ildən birləşdiriləcək.

Valentino Rossi: “FIA WEC-də yarışacağım üçün çox xoşbəxtəm. Bu çempionatda iştirak mənim üçün növbəti addımdır, çünki təkcə Avropada deyil, bütün dünyada yarışmalıyam. Avtomobili artıq tanıyıram, amma mənim üçün yeni bir şey olacaq. Ekipajımız üç müxtəlif kateqoriyalı üç sürücüdən ibarət olacaq. Ümumiyyətlə, düşünürəm ki, perspektivlərim çox yaxşıdır”.

Qeyd edək ki, gələn il peletonda WRT WEC-in 4 maşını olacaq. Onlardan ikisi BMW M Hybrid V8 LMDh sinif idman prototipi, ikisi isə BMW M4 GT3 maşınıdır. Rossi məhz LMGT3 seriyasında yarışacaq.

Elçin Zodorov

Şərh əlavə et