K.Antonelli: Mövsümdəki ən pis yarışım idi

K.Antonelli: Mövsümdəki ən pis yarışım idi
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mercedes komandasının sürücüsü Kimi Antonelli bildirib ki, Azərbaycan Qran Prisində mövsümdəki ən pis performansını göstərib. 

Kokpit.az xatırladır ki, italyan sürücü sıralanma turunda səhv edərək, Bakı Şəhər Halqasındakı yarışa 16-cı yerdən başlayıb. Lakin çempionatın lideri yarışda yaxşı performans göstərərək, finiş xəttini beşinci yerdə keçib.

Kimi Antonelli: “Düşünürəm ki, beşinci yerdə finiş görməyimizə sevinməli olduğumuz günlərdən biri idi. Təbii ki, heç bir şübhə yoxdur ki, məhz bu həftəsonunu mövsümdə keçirdiyim ən pis həftəsonu hesab etmək olar.

Sadəcə bütün həftəsonu ərzində özümü daim bir addım geridə hiss edirdim. Xüsusilə sıralanma turunda etdiyim səhvi nəzərə alsaq, özüməinamım da o qədər yüksək deyildi. Bazar günü yarışda əsas məqsədim sadəcə itkiləri minimuma endirmək idi.

Tempimiz yaxşı deyildi. Bundan başqa, restart zamanı Oliver Bermanın bolidi ilə təmasdan sonra Mercedes-in altlığı ciddi şəkildə zədələndi. Asan olmadı, ancaq əlimdən gələnin ən yaxşısını etməyə çalışdım.

Ümid edirəm ki, bu həftəsonu mənə çox şey öyrətdi. Düşünürəm ki, bir çox məqamda psixoloji vəziyyətim də yəqin ki, ən yaxşı səviyyədə deyildi. Növbəti dəfə lazımi səviyyəyə qayıtmağa çalışacağam”.

Bunları da oxuyun

Şərh əlavə et