K.Sayns: Çətin yarış idi

K.Sayns: Çətin yarış idi
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Azərbaycan Qran Prisindən sonra Karlos Sayns, 14-cü yerdən start götürməsinə baxmayaraq, ən azı bir xal qazana bildiyi üçün ümumilikdə razı qalıb. Williams pilotu bir neçə təsirli ötmə həyata keçirib. O, finişə az qalmış Niko Hülkenberqin Audi bolidini də geridə qoyaraq xal zonasına düşüb. Beləliklə, ispaniyalı pilot may ayında keçirilən Kanada Qran Prisindən sonra ilk dəfə ilk onluqda finiş görüb.

Bununla belə, 32 yaşlı sürücü sıralanma turunda 9-cu nəticəni göstərməsinə baxmayaraq, aldığı cəzanın həddindən artıq sərt olduğunu düşünür. İspaniyalı pilot sarı bayraq qaydalarını pozduğuna görə cəzalandırılıb. Halbuki videoyazılarda həmin hissədə onun tək olduğu, heç kim üçün təhlükə yaratmadığı və sürətini azaltdığı görünür. Lakin stüardlar bu məqamları nəzərə almayıblar.

Karlos Sayns: “Yarış lap başlanğıcdan çətin keçirdi. Sıralanmadan sonra aldığım cəza da vəziyyətə təsir göstərirdi. Amma bütün bunların necə təqdim olunması və FIA-nın sənədində necə izah edilməsi çox qəribə idi. Mənim vəziyyətimdə qaydaların necə tətbiq olunduğunu anlamaq həqiqətən maraqlı olardı. Təbii ki, bu qərar məni məyus etdi.

Yarışın ilk hissəsi bizim üçün asan keçmədi, təkərlərlə bağlı ciddi problemlər yaşayırdıq. Lakin sonradan vəziyyət elə gətirdi ki, qarşımıza müəyyən fürsət çıxdı və mən də bundan maksimum yararlandım. Ardınca iki-üç vacib ötmə həyata keçirdik və nəticədə bir xal qazandıq.

Ümumilikdə,  əvvəlki yarışlarda bacarmadığımızı edərək ilk onluqda finiş gördük. Bundan başqa, uzun müddətdən sonra sıralanma turunun final sessiyasına yüksəldik. Deməli, müəyyən irəliləyiş var. Ancaq düşünürəm ki, komanda da bu irəliləyişin həm gözləntilərimizlə, həm də çatmaq istədiyimiz səviyyə ilə müqayisədə çox kiçik olduğunu başa düşür. Mövsümün sonuna qədər qalan yarışlarda xal uğrunda mübarizə aparmaq çətin olacaq”.

Bunları da oxuyun

Şərh əlavə et