C.Vovlz Bakı faktorundan danışıb

C.Vovlz Bakı faktorundan danışıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Karlos Sayns Bakıda xal zonasında finiş görərək  doqquz mərhələdən sonra ilk dəfə xal qazanıb. Williams isə sonuncu dəfə iyunun əvvəlində, Monakoda xal toplamışdı. Həmin yarışda Aleks Elbon 8-ci yeri tutmuşdu.

Azərbaycan Qran Prisinin nəticələrini Britaniya komandasının rəhbəri Ceyms Vovlz şərh edib: “İlk növbədə Bakıya gətirdiyimiz texniki yeniliklər kompleksini hazırlamaq üçün gecə-gündüz yorulmadan çalışan hər kəsə təşəkkür etmək istəyirəm. İki yeni şassi hazırlamaq, eyni zamanda FW48-in çəkisini əhəmiyyətli dərəcədə azaltmaq və aerodinamikasını yeniləmək heç də asan məsələ deyildi.

Bu barədə bir neçə ay əvvəl danışmağa başlamışdıq, lakin ötən həftəsonu qarşıya qoyduğumuz vəzifəni yerinə yetirdik. Hamı gördü ki, artıq sıralanma turunda yaxşı nəticə göstərə bildik. Karlos Sayns 9-cu ən yaxşı nəticəni göstərsə də, aldığı cəzaya görə yarışa 14-cü yerdən başladı.

Yarışımız isə fərqli şəkildə inkişaf etdi. Müəyyən mərhələdə Karlos sıralanma turunda göstərdiyi tempi saxlaya bilmədi. Bunun nə ilə bağlı olduğunu artıq təxminən başa düşürük. Lakin Karlos sona qədər mübarizə apararaq xal qazanmağa çalışdığı üçün tərifə layiqdir.

Alekslə bağlı isə təəssüflənməkdən başqa əlimizdən heç nə gəlmir. O, əla pilotaj nümayiş etdirirdi, lakin küləyin qəfil güclənməsi səbəbindən sürətini kifayət qədər azalda bilmədi və divara çırpıldı. Amma bu, sadəcə Bakı faktorudur. Bura şəhər trasıdır və belə hallarda səhvin qiyməti çox yüksək olur.

Malayziya mərhələsinə qədər onun bolidini təmir edəcəyik. Bir daha qeyd edirəm ki, ardıcıl üç Qran Pridən ibarət seriyaya inamlı başlamışıq, lakin qarşıda hələ çox iş var”.

Bunları da oxuyun

Şərh əlavə et