F.Vassyör: Bakı çətin keçdi

F.Vassyör: Bakı çətin keçdi
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari pilotları Azərbaycan yarışında 4-cü və 6-cı yerləri tutublar. Şarl Lekler Bakıda komanda yoldaşı Lyuis Həmiltondan daha yaxşı çıxış edib. Mövsümün payız mərhələlərində Həmiltonun nəticələri isə yeddiqat Dünya Çempionunun səviyyəsinə görə o qədər də yaxşı görünmür.

Ferrari komandasının rəhbəri Frederik Vassyör yarışın yekunlarını şərh edərkən Skuderiyanın Azərbaycanın paytaxtındakı şəhər trasında çətinliklərlə üzləşdiyini gizlətməyib. O, SF-26 üçün Bakı trasının əlverişli olmayacağının əvvəlcədən məlum olduğunu bildirib. Bununla belə, Vassyör qarşıdakı Malayziya və Sinqapur yarışlarında uğur şanslarının daha yüksək olacağını düşünür.

Frederik Vassyör: “Çətin həftəsonu oldu. Əvvəldən bilirdik ki, Bakıda mühərriklə bağlı müəyyən çətinliklər yaşayacağıq. Amma Şarl ikinci yerdən start götürdüyü üçün daha yüksək nəticə gözləyirdik.

Bir sürətli dövrədə avtomobil kifayət qədər yaxşı sürət göstərə bilirdi və yarışda Red Bull ilə mübarizə aparırdıq. Lakin elə startdan mövqelər itirməyə başladıq. Yarış boyunca tempimiz pis olmasa da, ötmələr edə bilmirdik. Yalnız müdafiə oluna bilirdik və daim mövqelərimizi qorumağa məcbur idik. Bu isə asan deyildi.

Lakin növbəti iki yarışın keçiriləcəyi traslarda mühərrikin effektivliyi daha az əhəmiyyət daşıyacaq və bizim daha çox imkanımız olacaq. Malayziyada düzlükdə maksimal sürət faktoru o qədər də vacib olmayacaq.

İndi isə hər şeyi təhlil etməli və ötən həftəsonunda nələri daha yaxşı edə biləcəyimizi anlamalıyıq. Məncə, bu işin öhdəsindən daha yaxşı gəlməli idik.

Bununla belə, Konstruktorlar Kubokunda ikinci yer uğrunda mübarizə apardığımız McLaren-dən daha çox xal topladıq. Məqsədimiz yarışlarda qələbə qazanmaq olsa belə, bu da pis nəticə deyil”.

Bunları da oxuyun

Şərh əlavə et