Norris Kolapintodan üzr istəyib

Norris Kolapintodan üzr istəyib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Bakı yarışında baş verən qəzanın ardından Franko Kolapinto üçün “yarışdan uzaqlaşdırılmalıdır” deyən Lando Norris emosiyaların təsiri altında səsləndirdiyi bu fikirlərdən geri addım atıb.

Azərbaycan yarışının 36-cı dövrəsində təhlükəsizlik avtomobilindən sonra restart zamanı Franko Kolapinto ilk döngədə təkərlərini bloklayıb. Nəticədə o, özü ilə yanaşı komanda yoldaşı Pyer Qasly və Lando Norrisin yarışına da təsir edən qəzanın iştirakçısına çevrilib.

Qəzadan sonra ciddi şəkildə əsəbiləşən Norris Kolapintonun Formula 1 səviyyəsində pilot olmadığını bildirib və onun yarışlardan uzaqlaşdırılmalı olduğunu deyib. Lakin britaniyalı pilot iki gün sonra bu sərt ifadələrinə görə argentinalı pilotdan üzr istəyib.

Lando Norris Kolapintoya şəxsən mesaj göndərərək dediyi sözlərə görə üzr istədiyini bildirib. McLaren pilotu sosial media hesabında bunları yazıb: “Bakı ümumilikdə çətin həftəsonu oldu və əlbəttə ki, yarışın belə erkən başa çatması məyusedicidir.

Yarışdan sonra Frankoya mesaj göndərərək deməməli olduğum sözləri dediyim üçün üzr istədim. Hadisəyə daha yaxşı yanaşmalı idim. Emosiyalarım mənə üstün gəlmişdi, amma bu, bəhanə deyil. Səhv etmişdim.

İllər ərzində mən də səhvlərə yol vermişəm və bunun yarışmağın, limitlərdə mübarizə aparmağın bir hissəsi olduğunu çox yaxşı bilirəm.

Franko ilə bir-birimizi başa düşərək ortaq məxrəcə gəldik. Hələ də yaxşı dostuq və hər ikimiz bu həftəsonu yenidən yarışacaq olmaqdan ötrü həyəcanlıyıq”.

Bunları da oxuyun

Şərh əlavə et