Daha əvvəl britaniyalı sürücünün komanda yoldaşı Kimi Antonellinin də oxşar cəza alacağı açıqlanmışdı. Çempionatın liderinin güc qurğusunun növbəti mərhələ olan Monzada dəyişdirilməsi planlaşdırılır.
Lord bildirib ki, Rassellin cəzasını hansı mərhələdə çəkəcəyi hələ müəyyənləşdirilməyib: “Corcun cəzanı hansı mərhələdə çəkəcəyinə hələ qərar verməmişik, amma bu, hər iki pilotumuza aid olacaq. Corc Kanadada yarışdan kənarda qaldı, Kimi Barselonada mübarizəni dayandırdı, Macarıstanda isə Corc sıralanma turlarını vaxtından əvvəl başa vurmalı oldu. Əgər bu, yarışda baş versəydi, nəticələri daha ciddi ola bilərdi.
Qarşıdakı mərhələlərdən düzgün istifadə etməliyik ki, hər iki bolid mövsümü mümkün qədər yeni və effektiv güc qurğusu komponentləri ilə başa vursun. Daim köhnəlmiş detalların istifadəsi ilə risk etmək və start cəzasına görə xal itirmək, daha sonra isə yarış zamanı mövqeləri geri qazanmaq arasında balans tapmalıyıq”.
Mercedes-in texniki direktoru Ceyms Ellison isə bildirib ki, komanda hər yarışdan sonra komponentlərin vəziyyətini qiymətləndirərək dəyişiklik üçün ən uyğun mərhələni müəyyənləşdirəcək: “Hər yarış Mercedes komandası və müştəri komandaları üçün yeni təcrübə qazandırır və komponentlərin yürüş məsafəsini artırır. Biz daim onların vəziyyətini yoxlayır və daha əvvəl görülən tədbirlərin problemlərin səbəblərini aradan qaldırmağa kömək edib-etmədiyini qiymətləndiririk”.




Şərh əlavə et