Xəbəri Kokpitdə Oxuyun!

Racing Bulls heyəti dəyişməyi planlaşdırmır

Racing Bulls gələn mövsüm pilot heyətində dəyişiklik etməyi planlaşdırmır.  Faenza təmsilçisinin əsas məqsədi Liam Louson və Arvid Lindblad ilə əməkdaşlığı davam etdirməkdir.

Kokpit.az xatırladır ki, Liam Louson bu mövsüm RB ilə 43 xal toplayıb və hazırda çempionatda 9-cu yerdədir. Arvid Lindblad isə topladığı 23 xalla 11-ci yerdə qərarlaşıb. Racing Bulls isə 66 xalla Mühəndislər Kubokunda 5-ci yerdədir.

Komandanın ehtiyat pilotunun isə bu gün Formula 1 bolidində ilk testlərini keçirən və Formula 2-də çempionatın lideri olan Nikola Tsоlov olacağı gözlənilir.

Racing Bulls-un icraçı direktoru Peter Bayer heyətlə bağlı qərarın hələ verilmədiyini bildirib, lakin hazırkı vəziyyətdə dəyişiklik gözlənilmədiyinə işarə edib: “Arvid və Liam çox yaxşı çıxış edirlər. Liam hazırda çempionatda doqquzuncudur və həm sıralanma turlarında, həm də yarışlarda dəfələrlə yüksək sürət nümayiş etdirib. Nikola haqqında da eyni sözləri demək olar – o, Formula 2-də çox yaxşı çıxış edir.

Nəticədə gələn il üçün heyətlə bağlı qərarı komanda rəhbəri Alan Permeyn verməlidir. O, komanda üçün ən yaxşı variantın hansı olduğuna qərar verəcək”.

Rauf Hacıyev

Şərh əlavə et