M.Ferstappen: Qəribə qəza idi

M.Ferstappen: Qəribə qəza idi
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Red Bull komandasının pilotu Maks Ferstappen Avstriya Qran Prisinin sıralanma turunun son sessiyasında yaşadığı qəzanı "qəribə" adlandırıb və avtomobildə nə baş verdiyini hələ də tam anlaya bilmədiyini deyib.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü Şpilberqdə sıralanma turundakı son cəhdində yaxşı nəticə ilə gəlirdi, lakin o, qəza edərək, bariyerlərə çırpılıb və mübarizəni dayandırıb

Qəza ilə nəticələnən sürətli dövrəsindən danışan dördqat Dünya Çempionu belə söyləyib: “Həmin dövrədə, 6-cı döngənin girişində çox qəribə bir an yaşadım. Bütün həftəsonu ərzində belə bir hiss yaşamamışdım. Buna görə də vəziyyət mənə çox qəribə gəldi və avtomobildə problemin nə olduğunu da tam anlaya bilmədim. Daha sonra 9-cu döngədə arxa hissə tamamilə nəzarətdən çıxdı.

Həmin anda etdiyim hərəkət kiçik bir əks-düzəliş deyildi. Sükanı demək olar ki, tam döndərməli oldum. Dediyim kimi, vəziyyət bir az qəribədir və buna görə də hər şeyi ətraflı araşdırıb nə baş verdiyini anlamalıyıq”.

Ferstappen bildirib ki, qəza baş verməsəydi, ilk üçlük uğrunda mübarizə aparmaq real hədəf idi: “Təəssüf,  çünki realist danışsaq, üçüncü yeri tutmaq mümkün idi. Ancaq hazırda bizim üçün yaxşı start almaq çox çətindir. Hətta üçüncü yerdən başlasaydıq belə, ilk metrlərdə beşinci yerə geriləyə bilərdik.

Yeniliklərlə bağlı hələ də anlamalı olduğumuz məqamlar var. Bəziləri yaxşı işləyir, bəzilərində isə sanki geriyə addım atmışıq. Əlimizdə olan məlumatlar üzərində işləməyə davam edəcəyik”.

Bunları da oxuyun

Şərh əlavə et