K.Antonelli: Öz səhvim idi

K.Antonelli: Öz səhvim idi
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mercedes komandasının pilotu Kimi Antonelli Avstriya Qran Prisinin sıralanma turunda dördüncü yeri tutduqdan sonra sessiyanın sonunda ikiqat sarı bayraq göstərildiyini zənn etdiyi üçün sürətli dövrəsini yarımçıq saxladığını bildirib.

Kokpit.az xatırladır ki, italyan sürücü poul uğrunda mübarizə aparırdı, lakin Maks Ferstappenin qəzasına görə sarı bayraqlar çıxıb. Buna görə də çempionatın lideri  dördüncülüklə kifayətlənib.

Həmin anda yaşadığı çaşqınlıqdan danışan gənc italiyalı pilot bunları deyib: “Niyə belə düşündüyümü bilmirəm, amma həmin anda ikiqat sarı bayraq göstərildiyini zənn etdim. Buna görə də dövrəmi yarımçıq saxladım və ilk cərgədən start almaq şansını əldən verdim. Bunu etməməli idim, bu, tamamilə mənim səhvim idi”.

Antonelli bildirib ki, dövrəsini tamamlaya bilsəydi, komanda yoldaşı Corc Rassellə birlikdə ilk cərgədə yer ala bilərdi. O, eyni zamanda yarış öncəsi təkərlərin aşınmasının əsas amillərdən biri olacağını vurğulayıb. “Corcla aramızdakı fərq çox cüzi idi. Cəmi saniyənin onda biri qədər. Yəqin ki, yenə də məndən bir qədər öndə olardı, amma mən də ilk cərgədə yer alacaqdım. Buna görə çox təəssüf edirəm.

Yarışda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bu, qətiyyən asan yarış olmayacaq, xüsusilə də təkərlərlə bağlı.

Strategiya ilə bağlı veriləcək qərarlar yarışın nəticəsini dəyişə bilər. Təkər aşınması çox yüksək olacaq, ancaq ən yaxşı nəticəni qazanmaq üçün bütün limitlərdə sürəcəyik”.

Bunları da oxuyun

Şərh əlavə et