Pirelli Avstriya yarışı üçün mümkün strategiyaları açıqlayıb

Pirelli Avstriya yarışı üçün mümkün strategiyaları açıqlayıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Pirelli Avstriyadakı Red Bull Rinq trasında keçirilən şənbə gününün yekunlarını açıqlayıb. Günün əsas hadisəsi Corc Rassellin poul qazanması olub. Mercedes pilotu son cəhdində 1:06.113 nəticə göstərərək Şarl Lekleri 0.2  saniyədən çox qabaqlayıb.

Q3 sessiyasında bütün pilotlar ən yumşaq C5 tərkibli təkərlərdən istifadə etsələr də, bazar günü keçiriləcək yarışda bu təkərlər əsas seçim olmaya bilər. Şpilberqdə hökm sürən isti hava buna ciddi təsir göstərir. Şənbə günü havanın temperaturu 36, asfaltın temperaturu isə 53 dərəcəyə çatıb ki, bu da təkərlərin aşınmasını sürətləndirən əsas amillərdəndir.

Bununla belə, Pirelli bəzi komandaların üç pit-stop strategiyasına üstünlük verə biləcəyini istisna etməyib.

Pirelli Motorsport-un direktoru Dario Marrafuski bildirib: “Görünür, bizi taktiki baxımdan maraqlı yarış gözləyir. Hesablamalarımıza görə, ən əlverişli variant iki pit-stop strategiyasıdır. Dünən gördük ki, uzun seriyalarda Medium və Hard tərkibli təkərlər oxşar səviyyədə aşınır, lakin sarı nişanlı Medium bir qədər yüksək ilişmə təmin edir. Yarışa C4 təkərləri ilə başlayan komandaların ehtiyatında iki dəst Hard qalacaq və bu, məsafəni həmin iki dəstlə tamamlamağa imkan verəcək. Alternativ variant isə iki dəst Medium saxlayan komandalar üçündür: ikinci hissəni Hard, son hissəni isə yeni Medium təkərləri ilə keçmək mümkündür. Şənbə günü keçirilən məşqlərdə bəzi komandalar uzun seriyalarda Soft təkərləri də sınaqdan keçirdilər. Bu, onların yarışa həmin tərkiblə başlamağı düşündüyünü göstərə bilər. İki pit-stop strategiyasında ilk pit-stop 14-20-ci dövrələr arasında edilməli, daha sonra Medium, sonda isə Hard təkərlərinə keçilməlidir. Digər seçim isə üç pit-stop strategiyasıdır. Bu halda da yarışa Soft təkərlərlə başlamaq lazımdır. Şpilberqdə ‘undercut’ çox effektiv işlədiyi üçün bəzi pilotlar rəqiblərinin erkən pit-stopundan istifadə edərək bütün üç tərkibi tətbiq etməyə üstünlük verə bilərlər. Tıxac və ötmələr nəzərə alındıqda bu strategiya təxminən iki saniyə daha ləng görünür. Lakin tras boş olarsa, ümumi yarış vaxtı iki pit-stoplu variantdan daha yaxşı ola bilər. Buna görə də bəzi komandaların riskə gedəcəyini istisna etmirik. Axı hamının yadındadır ki, Lyuis Həmilton məhz belə strategiya sayəsində Barselonada qələbə qazanmışdı”.

Bunları da oxuyun

Şərh əlavə et