Ş.Lekler: İlk cərgədə olacağımızı gözləmirdim

Ş.Lekler: İlk cərgədə olacağımızı gözləmirdim
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandasının pilotu Şarl Lekler Avstriya Qran Prisinin sıralanma turunda qazandığı ikinci yerdən sonra bildirib ki, yarışa ön cərgədən başlayacağı onun üçün də gözlənilməz olub.

Son həftələrdə çətin dövr keçirdiklərini deyən monakolu pilot, problemsiz sessiyanın əhəmiyyətini vurğulayıb.

Şarl Lekler: “Bugünkü nəticəyə görə kifayət qədər xoşbəxtəm. Son bir neçə yarış həftəsonu bizim üçün həqiqətən çox çətin keçdi. Buna görə də əsas məqsədimiz problemsiz bir həftəsonu keçirmək və hər şeydən önəmlisi, sabahkı yarışa yaxşı mövqedən başlamaq üçün güclü sıralanma turu göstərmək idi.

Yarışa ikinci yerdən başlamaq əla nəticədir. Komanda həm Barselonaya, həm də bu həftəsonuna yeniliklər çatdırmaq üçün gecə-gündüz çalışdı və nəhayət bu zəhmətin bəhrəsini görürük.

Açığını desəm, sıralanma turu başlayana qədər ilk cərgədə yer alacağımızı heç düşünmürdüm. Buna görə də əldə etdiyimiz nəticə bizim üçün həqiqətən çox xoş sürpriz oldu”.

Bunları da oxuyun

Şərh əlavə et