C.Rassell: Sanki relslərin üzərində idim

C.Rassell: Sanki relslərin üzərində idim
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

 Formula 1 üzrə Avstriya Qran Prisində poul mövqeyini qazanan Mercedes pilotu Corc Rassell nəticəsini "inanılmaz" adlandırıb.

Sıralanma turunun son anlarında Maks Ferstappenin qəzası səbəbindən sarı bayraqlar göstərilməsinə baxmayaraq, dövrəsini yaxşılaşdıraraq poul qazanan britaniyalı sürücü sessiyadan sonra jurnalistlərin suallarını cavablandırıb.

Atdığı dövrənin keyfiyyətinə özünün də təəccübləndiyini deyən britaniyalı pilot bunları söyləyib: “Dövrə inanılmaz idi. Düzünü desəm, bu nəticənin haradan gəldiyini mən də bilmirəm.

Sarı bayraq siqnalını görəndə öz-özümə ‘vay-vay’ dedim və qazı xeyli buraxdım. Döngənin ortasına çatanda isə yaşıl bayrağı gördüm və qarşımda heç bir avtomobil yox idi.

Ferstappen uzaqda idi, amma mən həmin hissədə artıq çox vaxt itirmişdim. Əslində dövrəni tam normal şəraitdə başa vurmağı çox istərdim. O halda yəqin ki, daha 0.3-0.4 saniyə sürətli ola bilərdim. Bu, sanki relslərin üzərində gedən mükəmməl bir dövrə idi”.

Mövsüm ərzində komanda daxilində yaşadığı enişli-yoxuşlu çıxışlardan və komanda rəhbəri Toto Volfla münasibətindən danışan Rassell sözlərinə belə davam edib: “Mənim üçün həqiqətən də çətin mövsüm keçir.

Keçən il bu avtomobillə vurduğumuz demək olar ki, hər dövrə çox sürətli idi. Bu il isə bir anda çox sürətli oluruq, növbəti anda isə liderdən xeyli geri qalırıq.

Amma Toto Volf mənə həmişə kim olduğumu xatırladaraq özünəinam verib. O, mənə inandığını və köhnə günlərin geri qayıdacağını deyirdi. Bu gün də qarajda mənə sadəcə ‘beşlik’ verib yarışdan zövq almağımı söylədi. Elə də etdim”.

Bazar günü keçiriləcək yarış öncəsi rəqiblərinin gücünə də toxunan Mercedes pilotu ehtiyatlı danışıb: “Sabah çox sürətli olmalıyıq. Çünki start düzülüşündəki hər kəs hazırda bizim üçün təhlükədir. Ferrari xüsusilə yarış tempində həqiqətən çox sürətlidir. Maks Ferstappen də yenidən birdən-birə çox güclü performans göstərməyə başlayıb.

McLaren də eyni dərəcədə təhlükəlidir. Komanda yoldaşım Kimi Antonelli də çox güclüdür. Bizi çox gərgin mübarizə gözlədiyini rahatlıqla deyə bilərəm”.

Bunları da oxuyun

Şərh əlavə et