Xəbəri Kokpitdə Oxuyun!

Rassell Avstriyada poul qazandı, Ferstappen qəza etdi

Formula 1 üzrə Avstriya Qran Prisinin sıralanma turunda poul mövqeyini Mercedes pilotu Corc Rassell qazanıb. Son cəhd zamanı qəza keçirən Maks Ferstappen isə mübarizəni vaxtından əvvəl başa vurub.

Şpilberqdə keçirilən sıralanma turunda Corc Rassell ən sürətli nəticəyə imza ataraq ilk sıranı tutub. Onun ardınca Ferrari pilotları Şarl Lekler və Lyuis Həmilton qərarlaşıblar.

Q1: Kimi Antonelli hamıdan sürətli oldu

Şpilberqdə sıralanma turu isti və günəşli hava şəraitində başladı. 18 dəqiqəlik ilk sessiyada trasa ilk çıxan Esteban Okon oldu. Az sonra Cadillac komandasının pilotları da dövrələrinə başladılar.

Bütün pilotlar ilk sürətli dövrələrini tamamladıqdan sonra Kimi Antonelli 1:07.083 nəticə ilə zirvəyə yüksəlib. Lando Norris ondan 0.176 saniyə geri qalaraq ikinci olub.

İkinci cəhdlərdə heç kim Antonellinin nəticəsini yaxşılaşdıra bilməyib. Beləliklə, Mercedes pilotu Q1-i lider başa vurub. Lando Norris ikinci, Lyuis Həmilton isə üçüncü yeri tutub.

İlk sessiyada Williams, Cadillac və Aston Martin pilotları mübarizəni dayandırıblar.

Birinci sessiyanın nəticələri

Sıra Pilot Komanda Vaxt Fərq Dövrə
1 A. Antonelli Mercedes 1:07.083 5
2 L. Norris McLaren 1:07.259 +0.176 3
3 L. Həmilton Ferrari 1:07.290 +0.207 3
4 L. Louson RB F1 Team 1:07.385 +0.302 6
5 C. Raasell Mercedes 1:07.398 +0.315 9
6 M. Ferstappen Red Bull Racing 1:07.407 +0.324 3
7 A. Hacar Red Bull Racing 1:07.408 +0.325 6
8 O. Piastri McLaren 1:07.487 +0.404 5
9 Ş. Lekler Ferrari 1:07.543 +0.460 3
10 A. Lindblad RB F1 Team 1:07.549 +0.466 6
11 F. Kolapinto Alpine 1:07.894 +0.811 6
12 Q. Bortoleto Audi 1:08.035 +0.952 6
13 P. Qasli Alpine 1:08.038 +0.955 6
14 O. Berman Haas F1 Team 1:08.061 +0.978 6
15 N. Hülkenberg Audi 1:08.066 +0.983 9
16 E. Okon Haas F1 Team 1:08.231 +1.148 9
17 K. Sayns Williams 1:08.252 +1.169 9
18 A. Elbon Williams 1:08.509 +1.426 9
19 S. Perea Cadillac-Ferrari 1:08.945 +1.862 9
20 V. Bottas Cadillac-Ferrari 1:09.030 +1.947 9
21 F. Alonso Aston Martin Racing 1:09.942 +2.859 9
22 L. Stroll Aston Martin Racing 1:10.363 +3.280 8

Q2: Antonelli yenə lider, Ferstappen son anda xilas oldu

Sıralanmanın ikinci hissəsində liderlik bir neçə dəfə əl dəyişsə də, son beş dəqiqədə Kimi Antonelli 1:06.763 nəticə ilə yenidən ilk pilləyə yüksəlib.

Pyer Qasli son döngədən çıxarkən qısa müddətlik avtomobilinə nəzarəti itirsə də, Racing Bulls pilotlarını geridə qoyaraq səkkizinci olub.

Damalı bayraq göstərildikdən sonra Antonelli yenidən sessiyanı lider tamamlayıb. Oskar Piastri ikinci, Lando Norris isə üçüncü olub. Corc Rassell dördüncü, Lyuis Həmilton isə beşinci yeri tutub.

Bu mərhələdə Alpine, Audi və Haas pilotları mübarizədən kənarda qalıblar. Maks Ferstappen isə 10-cu nəticə ilə son anda Q3-ə yüksəlməyi bacarıb.

İkinci sessiyanın nəticələri

Sıra Pilot Komanda Vaxt Fərq Dövrə
1 K.Antonelli Mercedes 1:06.763 11
2 O.Piastri McLaren 1:06.890 +0.127 8
3 L.Norris McLaren 1:06.897 +0.134 9
4 C.Rassell Mercedes 1:06.979 +0.216 14
5 L.Həmilton Ferrari 1:06.994 +0.231 9
6 Ş.Lekler Ferrari 1:07.030 +0.267 9
7 A.Hacar Red Bull Racing 1:07.086 +0.323 12
8 L.Louson RB F1 Team 1:07.136 +0.373 12
9 A.Lindblad RB F1 Team 1:07.155 +0.392 12
10 M.Ferstappen Red Bull Racing 1:07.183 +0.420 6
11 P.Qasli Alpine 1:07.223 +0.460 12
12 Q.Bortoleto Audi 1:07.293 +0.530 12
13 O.Berman Haas F1 Team 1:07.523 +0.760 12
14 N.Hülkenberq Audi 1:07.611 +0.848 15
15 E.Okon Haas F1 Team 1:07.817 +1.054 15
16 F.Kolapinto Alpine 1:08.171 +1.408 11

Q3: Ferstappen qəza etdi, Rassell poul qazandı

Yaşıl işıqların yanması ilə poul uğrunda həlledici mübarizə başlayıb.

Pilotların əksəriyyəti ilk dəqiqələrdə qarajda qalmağa üstünlük verib, daha sonra isə hamı son cəhd üçün trasa çıxıb. İlk sürətli dövrələrdən sonra Kimi Antonelli 1:06.414 nəticə ilə lider idi. Onun arxasında komanda yoldaşı Corc Rassell qərarlaşmışdı. Bu vaxt nəticə göstərməyən yeganə pilot Lyuis Həmilton idi.

Son cəhdində Lyuis Həmilton Antonellini qabaqlayaraq müvəqqəti olaraq ilk sıraya yüksəldi. Lakin az sonra Şarl Lekler britaniyalı pilotun nəticəsini üstələdi.

Sessiyanın son anlarında bənövşəyi sektorlarla gələn Maks Ferstappen qəza edərək baryerlərə çırpılıb  və trasda ikiqat sarı bayraqlar dalğalandırılıb. Məhz həmin anda finiş xəttini keçən Corc Rassell 1:06.113 nəticə ilə ən sürətli vaxtı göstərıb.

Stüardlar Rassellin dövrəsini ikiqat sarı bayraqlar səbəbindən araşdırsalar da, nəticə dəyişməyib və Mercedes pilotu rəsmi olaraq Avstriya Qran Prisinin poul mövqeyinin sahibi elan olunub.

Avstriya yarışı iyunun 28-də, bazar günü Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Üçüncü sessiyanın nəticələri

Sıra Pilot Komanda Vaxt Fərq Dövrə
1 C.Rassell Mercedes 1:06.113 20
2 Ş.Lekler Ferrari 1:06.349 +0.236 15
3 L.Həmilton Ferrari 1:06.408 +0.295 14
4 K.Antonelli Mercedes 1:06.414 +0.301 17
5 M.Ferstappen Red Bull Racing 1:06.475 +0.362 11
6 L.Norris McLaren 1:06.502 +0.389 15
7 O.Piastri McLaren 1:06.511 +0.398 14
8 A.Hacar Red Bull Racing 1:06.632 +0.519 18
9 L.Louson RB F1 Team 1:06.955 +0.842 18
10 A.Lindblad RB F1 Team 1:07.007 +0.894 18

Rauf Hacıyev

Şərh əlavə et