Xəbəri Kokpitdə Oxuyun!

Red Bull Oracle ilə müqaviləni uzadıb

Red Bull komandası titul sponsoru olan Oracle ilə çoxillik müqavilənin uzadıldığını elan edib.

Komanda məlumatların analizi və yarış strategiyalarının hesablanması üçün Oracle-ın süni intellekt alətləri və infrastrukturundan istifadəyə davam edəcək. Bundan əlavə, bu texnologiyalar maliyyə, insan resurslarının idarə olunması və marketinq sahələrində də tətbiq olunacaq. Məqsəd məhsuldarlığı artırmaq, xərcləri azaltmaq və həm əməkdaşlarla, həm də azarkeşlərlə qarşılıqlı əlaqəni yaxşılaşdırmaqdır.

Komandanın rəhbəri Loren Mekis bildirib: “Oracle 2022-ci ildə komandamızın titul sponsoru olduqdan bəri biz üç çempionluq titulu, iki Mühəndislər Kuboku qazanmış və çoxsaylı rekordlar qırmışıq.

Oracle ilə əməkdaşlığımız son dərəcə uğurlu olub və Formula 1-in yeni erasında bu tərəfdaşlığı davam etdirdiyimiz üçün şadıq. Oracle-ın əvəzsiz təcrübəsinə güvənirik. Bu, saysız-hesabsız dəyişənləri rəqiblərimizdən daha yüksək dəqiqlik və sürətlə anlamağa və optimallaşdırmağa imkan verir.

Oracle Cloud və Oracle AI sayəsində biz daha çevik uyğunlaşa, daha əsaslandırılmış qərarlar qəbul edə və qələbə üçün tələb olunan performans səviyyəsini qoruyub saxlaya bilirik. Bu çoxillik əməkdaşlıqda gələcək uğurları səbirsizliklə gözləyirik”.

Beləliklə, Red Bull Racing texnologiya tərəfdaşlığına strateji üstünlük kimi yanaşaraq süni intellekti yarış performansının əsas elementlərindən birinə çevirir.

Rauf Hacıyev

Şərh əlavə et