Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: İzola Pirelli-dən ayrılır

Pirelli-nin yarış bölməsinin rəhbəri Mario Isola vəzifəsindən ayrılır. Martın 1-dən etibarən onu bu postda şirkətdə 2008-ci ildən çalışan Dario Marraffuski əvəz edəcək.

Pirelli-də bildirilib ki, İzola 1 iyul 2026-cı ilədək şirkətdə fəaliyyətini davam etdirəcək. Məqsəd səlahiyyətlərin problemsiz ötürülməsini təmin etmək və Marraffuskini bütün iş prosesləri ilə ətraflı tanış etməkdir. Bundan sonra Mario İzola digər layihələrə fokuslanmaq üçün Pirelli-dən tamamilə ayrılacaq.

Şirkətin qısa açıqlamasında deyilir: “Şirkət Mario İzolaya uzun illər ərzində yarış bölməsinin inkişafına verdiyi töhfəyə, işinə sədaqətinə və böyük ehtirasına görə təşəkkürünü bildirir”.

İzolanın Pirelli-dən ayrılması ilə bağlı şayiələr ilin əvvəlində yayılmışdı. Məlumata görə, İtaliyanın milli avtomobil klubu – Automobile Club d’Italia (ACI) – ona öz idman strukturunda rəhbər vəzifə təklif edib və Mario bu təklifi qəbul edib.

Rauf Hacıyev

Şərh əlavə et