Xəbəri Kokpitdə Oxuyun!

Berman Ferrari-nin qanadından danışıb

Bəhreyndə keçirilən ikinci test sessiyasında Scuderia Ferrari qeyri-adi arxa qanad versiyası ilə diqqət mərkəzinə düşüb. Komandanın yeni konstruksiyasında Düzlük Rejimi aktivləşdirildikdə arxa qanadın yuxarı elementi öz oxu ətrafında 180 dərəcə fırlanırdı.

Oliver Berman bildirib ki, Haas komandası da oxşar variantı nəzərdən keçirib, lakin əlavə çəkiyə görə bu ideyadan imtina edib: “Ferrari-nin arxa qanadını gördüm. Çox maraqlı görünür, amma eyni zamanda ağırdır. Düşünürəm ki, hamı belə konstruksiya variantını, o cümlədən biz də, nəzərdən keçirmişdik. Lakin belə məsələlərdə həmişə kompromis olur.

Lyuisin arxasında gedəndə qanadın işlədiyini gördüm və düşündüm: ‘Nə baş verdi? Qırıldı?’
Çox innovativ və təsirli görünür. Əgər bu həll trasda işləyirsə, deməli Ferrari hər şeyi düzgün edib. Buna şübhə yoxdur”.

Bermanın sözlərinə görə, əsas məsələ aerodinamik üstünlüklə çəki arasındakı balansdır. Daha mürəkkəb mexanizm daha çox sürət qazandıra bilər, lakin bolidin ümumi çəkisinin artması performansa mənfi təsir göstərər.

Ferrari-nin bu cəsarətli yanaşmasının mövsüm ərzində necə nəticə verəcəyini isə artıq yarışlar göstərəcək.

Rauf Hacıyev

Şərh əlavə et