Kokpit.az xatırladır ki, “qırmızılar” həm Barseloba, həm də Bəhreyn testlərində hamıdan üstün olublar.
Conni Herbert: “Düşünürəm ki, yeni Ferrari sürətli göründü, çünki digərləri bütün potensiallarını göstərmədilər. Əgər Ferrari həqiqətən bu qədər sürətlidirsə, bunu hamıya nümayiş etdirməz, gizlədərdi.
Mən həmişə onların uğur qazanmasını istəyirəm, amma alınmır. Ferrari tez-tez testlərdə yaxşı nəticə göstərir, lakin çempionatdakı mübarizə tamam başqa məsələdir. Onların titul uğrunda mübarizə aparacağını düşünmürəm. Daha çox keçənilki səviyyəyə yaxın çıxış gözləyirəm.
Əslində, 2026-cı ildə Ferrari-nin şansı var, çünki hamı kimi sıfırdan başlayırlar. Ancaq komandada düzgün mütəxəssislərin olması vacibdir. Son illərin nəticələrinə baxanda bunun tam göründüyünü demək çətindir. Strukturdakı bəzi dəyişikliklərə baxmayaraq, bunun yetərli olub-olmadığına əmin deyiləm”.
Herbertin fikrincə, test nəticələri həmişə real güc balansını əks etdirmir və əsas mənzərə yalnız mövsüm başlayandan sonra formalaşacaq.




Şərh əlavə et