Xəbəri Kokpitdə Oxuyun!

McLaren Dell ilə müqaviləni uzadıb

McLaren Racing komandası Dell Technologies ilə müqavilənin uzadıldığını elan edib. Şirkət Formula 1 komandası və McLaren-in kibersport kollektivi üçün rəsmi innovasiya tərəfdaşı statusunu qoruyub.

2018-ci ildə başlayan əməkdaşlıq çərçivəsində Dell bolidin komponentlərinin hazırlanması və istehsalı üçün avadanlıq təqdim edir, trasdakı əməliyyatları dəstəkləyir, telemetriya məlumatlarının emalı və saxlanmasını təmin edir, simulyator işində, kibertəhlükəsizlikdə və digər sahələrdə komandaya yardım göstərir.

Gələn mövsümdə Dell Technologies-in loqotipləri Lando Norris və Oskar Piastrinin maşınlarında yer alacaq.

Zak Braun, McLaren Racing-in icraçı direktoru:  “Dell Technologies ilə əməkdaşlıq artıq Formula 1 komandamızın gündəlik fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib. Onların dəstəyi bizə bütün istiqamətlərdə daha səmərəli işləməyə, çevik qalmağa və hər detalın vacib olduğu bu idman növündə rəqabətədavamlı olmağa kömək edir.

Əməkdaşlığı davam etdirməklə biz ortaq imkanlarımıza və birlikdə nələrə nail ola biləcəyimizə inandığımızı təsdiqləyirik”.

Rauf Hacıyev

Şərh əlavə et