Xəbəri Kokpitdə Oxuyun!

Real Madrid Apple ilə tərəfdaşlığa başlayıb

Dünyanın ən böyük futbol klublarından biri olan Real Madrid texnologiya nəhəngi Apple ilə əməkdaşlığa başladığını açıqlayıb. Klub prezidenti Florentino Peresin sözlərinə görə, tərəflər bu əməkdaşlıq çərçivəsində xüsusi bir sənədli film hazırlayıb və layihənin 2026-cı ildə yayımlanacağı bildirilib.

Hazırlanan sənədli film Real Madrid-in Yuventusla oyununu əsas götürür və Apple-ın virtual reallıq eynəyi olan Apple Vision Pro üçün xüsusi olaraq çəkilib. Uzun illərdir planlaşdırılan bu layihənin tərəflərin birgə işi nəticəsində gerçəkləşdiyi vurğulanıb.

Tamaşaçılar özlərini Bernabeu stadionunun içində hiss edəcəklər

Sənədli film, 22 oktyabr tarixində Çempionlar Liqasının qrup mərhələsində Real Madrid-in Yuventusa qarşı 1:0 hesabı ilə qazandığı qələbə zamanı lentə alınıb. Görüntülər Santiago Bernabéu stadionunun müxtəlif nöqtələrinə yerləşdirilmiş kameralar vasitəsilə bütün bucaqlardan çəkilib. Oyunla yanaşı, soyunuub-geyinmə otaqları və mətbuat zonalarından da görüntülər toplanıb.

Kadrlar Apple Vision Pro üçün xüsusi formatda hazırlanıb. Beləliklə, tamaşaçılara ikonik Santiago Bernabéu stadionunun içindəy­miş kimi immersiv təcrübə təqdim olunacaq. Peres, bu sənədli filmin dünyanın istənilən futbol azarkeşinə Bernabéu atmosferini sanki stadionda oturub izləyirmiş kimi yaşadacağını qeyd edib.

Uzun illərin gözlənilən əməkdaşlığı gerçəkləşib

Apple ilə Real Madrid arasında potensial əməkdaşlıqla bağlı şayiələr illərdir gündəmdə idi. 2023-cü ildə klubun Apple-dan sponsorluq istədiyi, hətta şirkətin CEO-su Tim Kukun Real Madrid-i ziyarət etdiyi xəbərləri yayılmışdı. İndi isə bu əməkdaşlığın ilk konkret addımlarının atıldığı görünür.

Peres Apple-ın innovasiya, dizayn və mükəmməllik sahəsində ön planda olan bir şirkət olduğunu vurğulayıb və bu səbəbdən əməkdaşlığın “tam uyumlu tərəfdaşlıq” xarakteri daşıdığını deyib.

Rauf Hacıyev

Şərh əlavə et