Galaxy S26 Ultra-nın arxa dizaynı və rəngləri üzə çıxıb

Galaxy S26 Ultra-nın arxa dizaynı və rəngləri üzə çıxıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Koreyalı şirkətin çıxardığı yeni rənglər bəzi müzakirələrə səbəb olub.

Samsung-un növbəti flaqmanı Galaxy S26 Ultranın maket modelləri internetdə paylaşılaraq cihazın arxa dizaynını və rəng variantlarını üzə çıxarıb. Məlumata görə, yeni model Apple-ın iPhone 17 Pro-larında “kosmik narıncı” adlandırdığı rəng seçiminə bənzər yeni bir tonla təqdim oluna bilər.

Üç rəng variantı: gümüş, narıncı və qızılı

Paylaşılan görüntülərdə Galaxy S26 Ultranın gümüş, narıncı və qızılı rənglərdə göründüyü qeyd olunur. Xüsusilə parlaq narıncı model, Apple-ın iPhone 17 Pro və 17 Pro Max modellərində təqdim etdiyi “kosmik narıncı” rənginə bənzəməsi ilə sosial mediada müzakirələrə səbəb olub.

Adətən maket (dummy) modellər, aksesuar istehsalçıları üçün təqdimatdan əvvəl hazırlanır və rənglər sonradan dəyişə bilir. Samsung-un da cihazın rəsmi təqdimatından əvvəl — yəni gələn ilin əvvəlində — rəng palitrasını yeniləməsi gözlənilir. Ənənəvi olaraq gümüş və boz tonları Ultra seriyasının əsas rəngləri sayılır, lakin narıncı və qızılı kimi cəsarətli çalarlar bəzən məhdud sayda və ya müəyyən regionlara xüsusi təqdim olunur.

“Apple-a bənzədi” tənqidlərinin dalğası

Əgər Samsung Galaxy S26 Ultranı narıncı rəngdə satışa çıxararsa, şirkət Apple-ı təqlid etdiyi iddiaları ilə üzləşə bilər. Sosial mediada bu istiqamətdə ilk reaksiyalar artıq görünməyə başlayıb.

Dizaynda hiss olunan dəyişikliklər

Sızdırılan görüntülər yalnız rəngləri deyil, həm də dizayn dəyişikliyini nümayiş etdirir. Yeni modeldə daha yumşaq kənarlar və daha iri, nəzərə çarpan kamera bloku diqqət çəkir. Görünən odur ki, Samsung bu dəfə dizaynda hiss olunan yenilik təqdim etməyə hazırlaşır.

Samsung-un Galaxy S26 Ultra ilə yanaşı Galaxy S26 Pro və Galaxy S26 Edge modellərini də 2026-cı ilin yanvarında bazara çıxaracağı gözlənilir.

Bunları da oxuyun

Şərh əlavə et