WhatsApp, qısa müddət əvvəl Android istifadəçilərinə təqdim etdiyi daxili tərcümə funksiyasını artıq iPhone istifadəçilərinə də təqdim etməyə başlayıb. Tətbiqin 25.28.74 versiyası ilə gələn bu yenilik sayəsində istifadəçilər 21 fərqli dil arasında mesajları tərcümə edə bilirlər. Bununla yanaşı, yenilənmə ilə birlikdə Live Photos (Canlı Şəkillər)funksiyası da iOS platformasında rəsmi şəkildə aktivləşdirilib. Lakin yeni funksiyaların bütün istifadəçilərə çatması bir neçə həftə çəkə bilər.
Mesaj tərcüməsi funksiyası necə işləyir?
Mesaj tərcümə funksiyasından istifadə olduqca sadədir. İstənilən mesajın üzərinə uzun toxunduqda, “Daha çox…” seçimini etdikdə menyuda “Tərcümə et” seçimi görünür. İlk istifadədə, tərcümə etmək istədiyiniz mənbə və hədəf dilləri müəyyən etdikdən sonra müvafiq dil paketlərinin cihazınıza yüklənməsi tələb olunur. Bu paketlər endirildikdən sonra tərcümə oflayn rejimdə, yəni internet bağlantısı olmadan da həyata keçirilə bilir.
Ayarlar menyusundan Translate > Downloaded Languages bölməsinə daxil olaraq endirilmiş dilləri idarə etmək və yeni dil paketləri əlavə etmək mümkündür.
Hazırda dəstəklənən dillər:
-
Ərəb dili
-
Çin dili (Mandarin, Sadələşdirilmiş)
-
Çin dili (Mandarin, Ənənəvi)
-
Fələməng dili
-
İngilis dili (Böyük Britaniya)
-
İngilis dili (ABŞ)
-
Fransız dili
-
Alman dili
-
Hind dili
-
İndonez dili
-
İtalyan dili
-
Yapon dili
-
Koreya dili
-
Polyak dili
-
Portuqal dili (Braziliya)
-
Rus dili
-
İspan dili
-
Tay dili
-
Türk dili
-
Ukrayna dili
-
Vyetnam dili
Meta-nın açıqlamasına əsasən, bu funksiya həm fərdi, həm də qrup söhbətlərində göndərilən və ya alınan mətin mesajlarında işləyir. Lakin yer paylaşımı, sənədlər, əlaqə məlumatları, stikerlər və GIF-lər üçün tərcümə funksiyası mövcud deyil. Tərcümənin düzgün işləməsi üçün sabit Wi-Fi bağlantısı və ya mobil internet, eləcə də kifayət qədər yaddaş sahəsi tələb olunur.
WhatsApp-ın bu yeni tərcümə aləti, tətbiqi çoxdilli istifadəçilər üçün daha funksional hala gətirir və oflayn tərcümə imkanı ilə də böyük rahatlıq yaradır. Tətbiqi App Store üzərindən ödənişsiz şəkildə yükləmək mümkündür.




Şərh əlavə et