Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: iPhone 17 Pro seriyası təqdim olundu

iPhone 17 Pro, A19 Pro prosessoru, 12 GB RAM, yeni telefoto kamera və 24 MP ön kamerası ilə indiyədək təqdim olunan ən güclü iPhone modeli kimi qiymətləndirilir.

ABŞ mərkəzli texnologiya şirkəti Apple, “tarixin ən güclü iPhone-u” adlandırdığı iPhone 17 Pro modelini rəsmən təqdim edib. Yeni cihaz həm dizaynı, həm də texniki göstəriciləri ilə diqqəti cəlb edir.

Dizayn

•Ölçülər: 149,6 × 71,5 × 8,72 mm

•Rənglər: narıncı, tünd mavi, gümüşü, qara

iPhone 17 Pro dizayn baxımından mühüm dəyişikliklərlə gəlib. Arxa hissədəki illərlə istifadə olunan kvadrat formalı kamera çıxıntısı yerini böyük çərçivəyə verib. Kamera sensorlarının yerləşimi eyni qalsa da, LiDAR sensor və flaş çərçivənin sağ hissəsinə keçirilib.

Ekran

•6,3 düymlük Super Retina XDR OLED

•120 Hz ProMotion

•2622 × 1206 piksel çözünürlük

•2000 nit parlaqlıq

Pro Max

•6,9 düymlük Super Retina XDR OLED

•120 Hz ProMotion

•2868 × 1320 piksel çözünürlük

•2000 nit parlaqlıq

 

Apple ekran ölçülərində dəyişiklik etməyib. iPhone 16 Pro-dakı 6,3 düymlük panel yeni modeldə də saxlanılıb. Dynamic Island-ı bu medəl də görməyə davam edirik.

Performans

•Prosessor: A19 Pro

•CPU: 6 nüvəli

•GPU: 6 nüvəli

•Neural Engine: 16 nüvəli

•RAM: 12 GB

•Yaddaş: 256 GB / 512 GB / 1 TB

Yeni A19 Pro prosessoru əvvəlki nəsillə müqayisədə daha yüksək performans və enerji səmərəliliyi təqdim edir. Apple bu modeldə yeni soyutma texnologiyasından da istifadə edib.

Kamera

•48 MP əsas kamera (f/1.78)

•48 MP telefoto (3,5x optik zoom)

•48 MP ultra geniş (f/2.2)

•Ön kamera: 18 MP

Ən mühüm yenilik telefoto kamerada edilib. İlk dəfə olaraq 48 MP telefoto sensor 3,5x optik yaxınlaşdırma ilə təqdim olunur. Apple həmçinin illərdir istifadə etdiyi 12 MP ön kameranı da yeniləyərək 24 MP-ə qaldırıb.

Batareya

•35W sürətli şarj

•7,5W tərs simsiz şarj

Apple, batareyanın tutumunu açıqlamasa da, iPhone 16 Pro-dakı 3582 mAh, Pro Max-da isə 4686 mAh batareya ilə müqayisədə ömrün artırılacağı gözlənilir.

Digər xüsusiyyətlər

•iOS 26 əməliyyat sistemi

•Apple Intelligence süni intellekt funksiyaları

•Wi-Fi 7 dəstəyi və Apple-ın öz çipi

•Daha yaxşı enerji səmərəliliyi və bağlantı keyfiyyəti

 

Rauf Hacıyev

Şərh əlavə et