iPhone 17 seriyasının dizaynı üzə çıxır

iPhone 17 seriyasının dizaynı üzə çıxır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Artıq iPhone 17 seriyasının təqdimatına 1 həftə qalır və yeni modelin dizaynı mətbuata sızdırılır.

Apple şirkəti 9 sentyabrda keçirəcəyi təqdimata hazırlaşarkən, iPhone 17 seriyasına aid olduğu deyilən yeni  görüntüləri internetdə yayılıb. Urban Armor Gear (UAG) markasına məxsus telefon örtükləri həm iPhone 17 Air, həm də Pro modellərinin dizaynı barədə mühüm detalları üzə çıxarıb.

Air modelində tək kamera

Sızdırılan görüntülərdə iPhone 17 Air-in arxa panelində yalnız bir ədəd kamera olduğu görünür. Kamera modulu isə kapsul formasında dizayn edilib və bu da “Pixel” telefonlarını xatırladır. Bundan əlavə, örtükdəki xüsusi kəsiklər Kamera İdarəetmə  və Action düymələrinin bu modeldə yer alacağını təsdiqləyir.

Pro modellərində böyüdülmüş kamera adası

iPhone 17 Pro və Pro Max modellərində isə ən böyük dəyişiklik kamera modulunda özünü göstərir. Yenidən dizayn edilən və daha iri ölçüyə sahib kamera adası, seriyanın iPhone 16 ilə müqayisədə daha köklü dizayn yeniliyi ilə gələcəyini ortaya qoyur. Bu modellərdə də Action Button və Kamera İdarəetmə düyməsi üçün kəsiklər mövcuddur.

Tədbirdə yeni əməliyyat sistemləri də təqdim ediləcək

Apple-ın 9 sentyabrda baş tutacaq tədbirində yalnız iPhone 17 seriyası deyil, həm də iOS 26, iPadOS 26, watchOS 26, tvOS 26 və macOS Tahoe 26 əməliyyat sistemlərinin stabil versiyaları da təqdim ediləcək. Tədbir Cupertino şəhərindəki Apple Parkda, Stiv Cobs Teatrında Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bunları da oxuyun

Şərh əlavə et