Xəbəri Kokpitdə Oxuyun!

iPhone 17 Seriyasının təqdimat tarixi məlumdur

Gözlənilən ana az qalıb! Apple şirkəti iPhone 17 seriyasını sentyabrın 9-da təqdim edəcək.

Kokpit.az bildirir ki, yeni iPhone 17 seriyaları yeni bir telefonla gələcək. Gözləntilərə görə bu il iPhone 16 Plus modelinin iPhone 17 Air əvəz edməlidir.  Lakin əsas dəyişikliyin dizaynda olması gözlənilir.

Bunlardan ən əsası isə ekran ölçülərinin qismən böyüməsidir. İddialara görə yeni ekran ölçüləri belə olacaq.

iPhone 17 – 6.3 düym
iPhone 17 Air – 6.6 düym
iPhone 17 Pro – 6.3 düym
iPhone 17 Pro Max – 6.9 düym

Bundan başqa Dinamik Ada interfeysinin də yenilənməsi gözlənilir. Bu dəyişikliklərin yalnız iPhone 17 seriyası üçün nəzərdə tutulduğu və iOS 26 əməliyyat sistemi ilə birlikdə istifadəyə veriləcəyi qeyd edilib.

Əsas dəyişiklik isə telefonun arxa hissəsində olmalıdır. Belə ki, kameraların yerləşdiyi platforma artıq aluminium materialdan və daha geniş sahədə olmalıdır. Bundan başqa telefonun arxasında Apple loqotipinin bir az aşağı çəkilməsi gözlənilir.

Bu seriyada qiymətlərin də qalxması gündəmdədir:

  • iPhone 17: 849 Dollar
  • iPhone 17 Air: 949 Dollar
  • iPhone 17 Pro: 1.045 Dollar

Bütün bunlardan başqa artıq Pro modelinin başlanğıc olaraq 128 GB yaddaşla yox, 256 GB ilə gəlməlidir.

Rauf Hacıyev

Şərh əlavə et