Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri McLaren-i tənqid edib

Yarışa pouldan başlayıb, finişə üçüncü yerdə çatan Oskar Piastri İmola yarışından sonra komandası McLaren-in yarışdakı qərarlarını və təkər seçimlərini tənqid edib.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü yarışa pouldan başlasa da, startda Maks Ferstappenə keçilərək, ikinci yerə geriləyib. Oskar Piastri startda səhv əylənmə etdiyini qəbul edib: “Elə bildim döngəni almışam, amma əyləcə bir az tez çıxdım. Maks da yaxşı hücum etdi.

Komanda da bir neçə səhv qərarlar verdi. Ən yaxşı bazar günümüz deyildi. Maks və Red Bull-u təbrik edirəm. Templəri çox yaxşı idi”.

Yarışın ən kritik anı isə Maks Ferstappenin virtual təhlükəsizlik maşını vaxtı pit etməsi olub. Bu hal niderlandlı sürücünün liderliyini daha da möhkəmləndirib.

Oskar Piastri: “Sonuncu təhlükəsizlik maşını zamanl mənim təzə təkərim qalmamışdı. İkinci yeri qorumaq üçün əlimdən gələni etsəm də, ilişmə pis idi”.

Yarışın son dövrələrində Oskar komanda yoldaşı Lando Norrisə qarşı müdafiə olunub. Lakin o qəbul edir ki, keçilmək onun üçün qaçınılmaz olub: “Köhnə təkərlərlə çox çətin idi. Məni gəlib keçsə də, mən də sona qədər mübarizə apardım. Əlimdən gələni etdim.

Yenə də podiumda olmaq gözəldir, amma bu yarışı təhlil edib, təkmilləşməli olduğumuz sahələri tapacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et