Xəbəri Kokpitdə Oxuyun!

C6 tərkiblər həftəsonuna necə təsir etdi?

Pirelli şirkətinə bu mövsüm yeni C6 tərkibi çıxarıb. SuperSoft təkər adı verilən bu tərkibi Pirelli əvvəlcə şəhər tipli traslar üçün düşünürdü. Ancaq artıq bu tərkiblər yarış strategiyasınl daha da rəngləndirmək üçün istifadə edilir. İmoladakı sıralanma turu da buna isbatdır.

Williams komandasının sürücüsü Aleks Elbon bildirib ki, C6 təkərləri anlamaq çətin idi. O, yarışa yeddinci yerdən başlayacaq və bu tərkiblərin qeyri-müəyyənliyindən şikayətçi idi.

Formula 1 komandaları bu cür qeyri-müəyyənlikləri aradan qaldırmaq üçün əllərindən gələni etsələr də, Pirelli və FİA yarışları müəmmali etmək üçün bu təkər tərkibini istifadəyə veriblər.

Əvvəlcə bu təkər tərkibinin Monakoda debüt etməsi gözlənilirdi. Daha sonra Monreal, Sinqapur, Las Veqas və Bakı kimi traslarda test ediləcəkdi. Ancaq C1-C5 tərkiblərin arasındakı performans və dözümlülük fərqləri azaldığı üçün C6 tərkiblərin istifadəsinə tez başlanıb.

Pirelli şirkətinin əsas hədəfi strategiyada müxtəlifliyi artırmaq və tək pit-stoplu yarışların qarşısını almaqdır. Əsas hədəf hücumların artması və yarışların son dövrələrinin də yüksək tempdə keçməsidir.

Lakin çox yumşaq olan təkərlərin sadəcə sıralanma turunda istifadəsi böyük riskdir. İmolada da bunu gördük.

Mercedes-dən Corc Rassell və Aston Martin komandasının sürücüləri sıralanma turunun son cəhdində C6 tərkiblıəri yox, Medium tərkibləri seçdi. Amma bu yarış vaxtı onlara çətinlik törədə bilər.

Aleks Elbon isə bildirib ki, C6 tərkiblər yüksək sürətli döngələrdə daha həssasdırlar: “Bu trasda C6 tərkiblər bir az həddi aşırlar. Döngələr çox sürətlidir və təkərlər dözmür”.

Fernando Alonso isə bildirib ki, onlar sıralanma turunda Soft-Medium təkərlərin fərqini sınayıblar: “Hər ehtimalı sınamaq istədik. Hər iki təkərdə də rəqabətədavamlı idik, amma bu strategiyanında pis tərəfi var. Yarış üçün bir dəst Medium təkəri itirdik”.

Maks Ferstappen isə bildirib ki, yarışa köklənəcəklər: “Bu il bir neçə dəfə pouldan başlamışam, amma yarışda işə yaramadı. Vacib olan yarışı xalla bitirməkdir”.

Buna baxmayaraq İmoladakı uzun pit yolu komandaları tək pit-stoplu strategiyaya yönləndirir. Bu da Pirelli-nin müxtəliflik strategiyasının qarşısını alır.

Williams komandasından Karlos Sayns isə düşünür ki, Aston Martin sürücüləri və Corc Rassell C5 tərkiblərlə sıralanma turunda öndə olsalar da, bu yarışda onların əleyhinə işləyə bilər: “C5 tərkiblər daha az yeyildiyi üçün sıralanma turunda sürətli idi. Mən də istifadə etmək istərdim, amma beşinci yer maksimum idi. Ən yaxşı halda bir pillə yuxarıda olacaqdım”.

Pirelli şirkəti C6 tərkibləri Bakı da daxil olmaqla başqa traslarda da sınamaq istəyir. Əgər bu gün sıralanma turunda C5 tərkiblərdən istifadə edən sürücülər geriyə düşməsə, C6 tərkiblər bütün stratügiyaları alt-üst edə bilər.

Rauf Hacıyev

Şərh əlavə et