Kokpit.az bildirir ki, monakolu sürücü İmoladakı cümə sərbəsr yürüşlərində lider Piastridən 0.4 saniyə geridə qalaraq, 6-cı yeri tutub.
Şarl Lekler: “Bunu demək məyus edici olsa da, birinci cərgəni tutmaq bizim üçün çətin məsələdir. İkinci cərgə belə çox yaxşı nəticə olar. Çünki hazırda hər şey qaydasında getsə belə, üçüncü cərgəni tuta bilərik.
Əlbəttə, əlimizdən gələnin ən yaxşısını edəcəyik. Bəlkə bir möcüzə olar və daha yaxşısını bacararıq, amma realist olsaq, ikinci cərgə belə böyük uğurdur”.
Şarl Lekler sonda komandanın mexaniklərinə təriflər yağdırıb: “Əksər hallarda problem olanda pit-stoplar barədə danışılır, amma biz bir ildən çoxdur ki, ən yaxşı komandayıq. Mexaniklər möhtəşəm işləyirlər”.
Monakolu sürücü Emiliya Romanya Qran Prisində mətbuat gününü buraxmalı olub: “Dördüncü gün qızdırmam çox idi, amma indi daha yaxşıyam”.
Şərh əlavə et