Kokpit.az xatırladır ki, britaniyalı sürücü İmoladakı hər iki cümə sərbəst yürüşlərində də komanda yoldaşı Oskar Piastridən geri qalıb və ikinci olub.
Lando Norris: “Cümə günündən çox razıyam. Bu trasda temp tutmaq çox çətindir. Burada hər şey doğru zamanda trasa çıxmaqdan və hər şeyi qüsursuz etməkdən asılıdır. Bu isə asan deyil.
Buna görə də əyləncəli gün idi. Bəzi sahələri təkmilləşdirdik və ümid edirəm ki, şənbə günü daha yaxşısını edə bilərik”.
Lando Norris komanda yoldaşı Oskar Piastrinin də performansından danışıb: “Əminəm ki, lazımi performansı tapacaq. İkinci sərbəst yürüşlərdə həmişə güclü görünürük, amma sıralanma turunda rəqiblərimiz bizə çatır. Buna görə də eyforiyaya qapılmamalıyıq. Hələ görüləcək işlərimiz var.
Alpine sürətli idi. Onsuz da burada həmişə sürətli olurlar. Red Bull da əminəm ki, bizə çatacaq. Mercedes də motorlarını açandan sonra mübarizəyə qoşulacaq.
Yəni ki, rahatlanmaq olmaz. Amma cümə günü yaxşı keçdi”.
Şərh əlavə et