Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Sıralanma vacib olacaq

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, İmoladakı ilk günü problemsiz keçib.

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü İmoladakı hər iki cümə sərbəst yürüşlərini də zirvədə bağlayıb.

Oskar Piastri: “Cümə günü problem yaşamadıq. Bolidin hissiyatı pis deyildi, amma hələ də təkmilləşdirmək istədiyimiz sahələr var. Bu, güclü göründüyümüz ilk cümə günü deyil, amma sonra hamı bir az sürətlənir.

Bu il istənilən trasda şənbə günü çox şeyə aydınlıq gətirdi. İmolada da vəziyyət fərqli deyil, çünki ötmə etmək çətindir. Buna görə də sıralanma performansı çox vacib olacaq.

Hazırda tək favorit mən və Lando deyilik. Sabah mübarizəyə bir neçə rəqibimiz də qatılacaq. Biz isə başımızı aşağı əyib işləməyə davam edəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et