Kokpit.az bildirir ki, McLaren komandası bolidin arxa asılqan komponentlərində dəyişikliklər ediblər. Üstəlik yeni arxa qanad, tarazlayıcı qanad və ön asılqan gətirilib. Arxa və tarazlayıcı qanad bu tras üçün xüsusi olaraq gətirilsə də, ön asılqanın dözümlülük, arxa asılqan dəyişikliyinin isə performans artırmaq məqsədi ilə gətirildiyi bildirilir.
Ferrari sırf bu tras üçün yeni arxa və tarazlayıcı qanad, arxa əyləc kanalı yenilikləri gətirib.
Red Bull komandası performansı artırmaq üçün yeni motor qapağı, arxa asılqan və təkərləri soyutmaq üçün təkər gövdəsinə giriş, əyləc kanalı gətirib.
Mercedes yeni ön asılqan, motor qapağı və ön qanad gətirib.
Aston Martin-də də böyük yenilik paketi var. Britaniya komandası yeni halo, altlıq gövdəsi, altlıq çəpəri, altlıq kənarı, diffuzor, motor qapağı və tarazlayıcı qanad gətirib. Bu yeniliklərin hamısı performans qazanmaq üçündür.
Alpine komandası yeni ön qanad və motor qapağı gətirib.
Haas isə yeni altlıq gövdəsi, altlıq kənarı, diffuzor, əyləc kanalı və arxa asılqan gətirib.
Racing Bulls isə yeni altlıq, motor qapağı gətirib.
Williams və Sauber komandaları isə heç bir yenilik gətirməyib.
- McLaren: Arxa asılqan komponenti, tarazlayıcı qanad, arxa qanad, ön asılqan
- Ferrari: Arxa qanad, tarazlayıcı qanad, arxa əyləc kanalı
- Red Bull: Motor qapağı, arxa asılqan, təkər gövdesi girişi/əyləckanalı
- Mercedes: Ön asılqan, motor qapağı, ön qanad
- Aston Martin: Altlıq gövdəsi, halo, altlıq çəpəri, altlıq kənarı, diffuzor, motor qapağı, tarazlayıcı qanad
- Alpine: Ön qanad, motor qapağı
- Haas: Altlıq gövdəsi, altlıq kənarı, diffuzor, əyləc kanalı, arxa asılqan
- Racing Bulls: Altlıq, motor qapağı
- Williams: Yenilik yoxdur
- Sauber: Yenilik yoxdur
Şərh əlavə et