Xəbəri Kokpitdə Oxuyun!

Aston Martin İmolaya yeniliklərlə gəlir

Aston Martin komandasının rəhbəri Endi Kovell İmola yarışından əvvəl gətirdikləri yeniliklər barədə danışıb.

Kokpit.az xatırladır ki, “yaşıllar” mövsümə yaxşı başlamayıblar və sonuncu Mayami yarışını sonuncu yerdə başa vurublar.

Endi Kovell: “Mövsümün startının çətin keçdiyini inkar edə bilmərik. Bolidin performansı görmək istədiyimiz səviyyədə deyildi. Ancaq nəyin işə yaradığını, nəyin yaramadığını həm texniki, həm də təşkilat cəhətdən dəqiq formada anladıq. Hədəfimiz stabil olaraq xallar qazanmaqdır və bu hədəfə çatmaq üçün çox işləyirik.

Uğur qazandığınızda xoşbəxt olursunuz və çatışamayan yönlərə çox vaxt ayırmırsınız. Amma uğur qazana bilməyəndə hər xırdalığı dibinə kimi yoxlayırsınız. Belə yanaşma isə sizə orta və uzun müddətdə böyük uğurlar gətirir.

Komanda bir neçə il əvvəl çox kiçik idi. İndi isə 1000 nəfərlik quruluşun bir bədən kimi işləməyini təmin etmək istəyirik. Yeni avadanlıqlarla dövrəvi nəticələrə yaxşı təsir edəcək vasitələr təkmilləşdirməyə köklənmişik. Sadəcə yaxşı maşın düzəltmək bəs etmir. Onu yaxşı formada təkmilləşdirməliyik.

Maşın bir faiz yaxşılaşsa, biz podium mübarizəsində ola bilərik. Bu da xırdalıqlara köklənməklə mümkündür. Kiçik xırdalıqları təkmilləşdirməliyik. CFD simulyatorları, aerodinamik boru məlumatları, trasdakl telemetriya… Bütün bunlar vahid nöqtədə birləşməlidir. Hər bir məlumat qırıntısı daha sürətli maşın istehsalı üçün vacibdir.

Bu fikirlər reallaşmalıdır. Hər çertyoj, hər model mükəmməl olmalıdır. Komandadakı hər kəs öz limitlərini aşmalı və şəxsi rekordlarını qırmalıdır. Bu da ancaq möhtəşəm yaradıcılıq və qərarlılıqla mümkündür”.

Hazırda tətbiq etdiyimiz mühəndislik üsulları və strategiyalar 2026-cı il mövsümü və sonrasının təməlini əmələ gətirəcək. Təşkilatçılıqdakı inkişaf və istifadə edilən yeni vasitələrin hesabına AMR25-də sınadığımız əksər detalları birbaşa 2026-cı il maşınına yerləşdirə biləcəyik.

Bu detallar mövsümün ikinci yarısında hazırkı maşına qoyulacaq və yarışda test ediləcək. Belə dözümlülükləri və performansı bilinəcək. Bunun hesabına 2026-cı il bolidini birbaşa tras məlumatı ilə yığa biləcəyik”.

Endi Kovell sonda İmola üçün xüsusi hazırlıqlar etdiyini deyib: “Yeni bir altlıq və üst gövdə detalları hazırladıq. İndiki texniki reqlamentə görə ən çox asfaltayatma qüvvəsini altlıq istehsal edir. Gövdə isə bu havanı faydalı formada yönləndirir. Bu iki detal bir yerdə işləyir. Gözləntimiz asfaltayatma qüvvəsində və bolidin qərarlığında inkişaf etməkdir”.

Britaniyalı mütəxxəssis bildirib ki, yeni detalları bir maşına taxıb, məlumatları müqayisə edəcəklər: “Sürücülərimizin və mühəndislərimizin geribildirimləri bizim üçün çox vacibdir. Trasda, aerodinamik boruda və CFD simulyatorunda gördüklərimizi müqayisə etmək və təsdiqləmək istəyirik.

Yeni aerodinamik borumuz bir neçə həftədir ki, aktiv formada işləyir. İmola yeniliklərinin hazırlıqları yeni boru açılmamışdan əvvəl başlamışdı, amma son toxunuşları bu boru ilə etdik. İmola paketimizi və 2026-cı il üçün inkişaf etdirilən detalları test etdik. Nəticələr çox müsbətdir. Bundan sonra bütün aerodinamik detalları bu boru vasitəsilə düzəldiləcək.

Bu aerodinamik boru çox qarışıq və müasir aparatlara sahibdir. Bizim üçün vacib olan onun bütün potensialından istifadə etməkdir. Bu əlimizdə olan çoxlu dünya standartlı texnoloji vasitədən biridir. Məqsədimiz hamısından yaxşı faydalanmaqdır”.

Rauf Hacıyev

Şərh əlavə et