Xəbəri Kokpitdə Oxuyun!

T.Volff İmolada olmayacaq

Mercedes komandasının rəhbəri Toto Volff gələn həftə keçiriləcək Emiliya Romanya Qran Prisində iştirak etməyəcək.

Kokpit.az bildirir ki, avstriyalı rəhbər mövsümün əvvəlində verdiyi açıqlamada bildirmişdi ki, o, bütün yarışlarda iştirak etmiyəcək. Toto mövsümün dördüncü mərhələsi olan Yaponiya Qran Prisinə gəlməmişdi. O, indi də İmola Qran Prisinə gəlməyəcək.

İtaliyada Totonu komandanın mətbuat katibi Bredli Lord əvəz edəcək. Lord İmolada rəsmi olaraq rəsmi olaraq rəhbər kimi fəaliyyət göstərəcək.

Toto Volffun növbədəki bəzi yarışlarda da olmaması ehtimal olunur. Bu yarışların hansı olacağı isə məlum deyil.

Rauf Hacıyev

Şərh əlavə et