Xəbəri Kokpitdə Oxuyun!

Cib dostu iPhone 16E təqdim edilib

Apple yeni cib dostu telefonu iPhone 16E-ni təqdim edib. Bəs bu telefonda nələr var?

Kokpit.az bildirir ki, amerikalı brend iPhone16E-ni tədbirdə yox, press relizlə istehlakçılara təqdim edib.

Dizayn

iPhone 16E bu günə qədər satışa çıxarılan ən müasir görünümlü cib dostu iPhone olub. Apple son dəfə iPhone 14 ailəsində çərtikli ekrandan istifadə etmişdi. Yeni 16E-də Touch İD texnologiyasını Face İD texnologiyası əvəz edib. Telefonun arxa hissəsində isə sadəcə bir kamera görürük.

Ekran

Yni iPhone 16E 6.1 düyməlik OLED ekranla gəlir. Bu ekranın tezliyi 60 Hz-dir və cib dostu olan SE modelləri arasında bir ilkdir. Daha əvvəl satışa çıxarılan SE modellərində LCD ekran görürdük.

Performans

iPhone 16E prosessoru ilə də diqqətləri cəlb edir. Bu telefonda Apple-in A18 prosessorundan istifadə olunub. Prosessora isə 8 GB RAM dəstək verəcək.

Süni intellekt

iPhone 16E süni intellektdə də çox iddialıdır. iPhone 16 seriyasının digər modellərində olduğu kimi iPhone 16E-də də Apple İntelligence xüsusiyyətləri var. Yəni ki, iPhone 16E sadə iPhone 15-dən daha təkmil telefondur.

Kamera

Telefonda çoxlu yeniliklər olsa da, yenə də tək kamera ilə gəlir. Ancaq texniki cəhətdən burada da inkişaf var.

48MP Fusion kamera ilə gözəl şəkillər və videolar çəkə bilərsiniz. Bundan başqa ikiqat telefoto ilə bir kametanın içində iki kamera bir aradadır. Beləliklə, istifadəçilər optik keyfiyyətdə yaxınlaşdırma edə bilirlər.

 

Ekran 6.1 düymə OLED, 60 Hz
Prosessor Apple A18
RAM 8 GB
Yaddaş 128 GB
Arxq Kamera 48MP
Ön Kamera 12MP
Batareya 3.279 mAh (USB Type-C)
Sistem iOS 18
Süni intellekt dəstəyi Var

Rauf Hacıyev

Şərh əlavə et