Samsung şirkəti Galaxy A seriyasının yeni üzvü olan Galaxy A56 modelini təqdim etməyə hazırlaşır. Galaxy A56 orta seqment telefonlar üçün hazırlanmış yeni süni intellekt paketi olan Awesome Intelligence ilə gələcək.
Samsung Galaxy A56-nın Samsung-un Awesome Intelligence adlandırdığı yeni süni intellekt paketi ilə gələcəyi məlum olub. Mart ayında satışa çıxarılması gözlənilən model altı illik təhlükəsizlik yeniləməsi dəstəyi təqdim edəcək.
O, mətnin ümumiləşdirilməsindən tutmuş obyektin silinməsinə qədər bir çox funksiyalar təklif edəcək.
Awesome Intelligence süni intellekt paketi Galaxy A56 modelində mətnin ümumiləşdirilməsi və şəkildən obyektlərin silinməsi kimi funksiyaları təqdim edəcək. Galaxy AI qədər inkişaf etmiş olmasa da, Samsung-un orta seqment modellərinə süni intellekt dəstəyi gətirmək üçün atdığı addım kimi diqqət çəkəcək.
Mart ayında satışa çıxarılması planlaşdırılan Samsung Galaxy A56-da dizayn baxımından böyük dəyişikliklər olmasa da, süni intellekt dəstəyi və uzunmüddətli yeniləmə zəmanəti ilə gəlməsi artıq bu cihaza marağı artırıb.
Şərh əlavə et