Xəbəri Kokpitdə Oxuyun!

Ən nazik Samsung Galaxy S25 Edge təqdim olunub

Samsung şirkəti ən nazik telefonları olan Galaxy S25 Edge-i təqdim edib.

Samsung şirkəti Galaxy Unpacked tədbirinin sonunda sürpriz edib və ilk dəfə olaraq yeni nazik telefonu Samsung Galaxy S25 Edge-i təqdim edib.

Samsung ən son Edge markalı telefonunu 2016-cı ildə S7 Edge altında təqdim etmişdi. İllər sonra Samsung telefonlarına qayıdan Edge markası həm də ən nazik Samsung modeli olacaq.

Samsung-un  Apple kimi nazik bir model üzərində işlədiyi ortaya çıxmışdı. iPhone-da olduğu kimi bu Samsung telefonunun Slim adı ilə gələcəyi düşünülürdü, lakin şirkət Edge adından istifadə etməyə qərar vermiş kimi görünür.

 

Yeni Samsung Galaxy S25 Edge, Galaxy Unpacked tədbirinin son saniyələrində nümayiş olunub və telefonun bir neçə görüntüsündən başqa heç bir detal verilməyib.

Keçmişdə Samsung Galaxy S25 Slim adı ilə çıxacağı düşünülən bu telefonla bağlı bəzi sızıntılar olmuşdu. Daha əvvəl sızdırılmış dizaynda üç kameranın olduğu görünsə də, Samsung-un təqdimatda göstərdiyi şəkildə iki kameranın olacağı görünür.

Batareyaya gəldikdə isə 3.000 ilə 4.000 mAh arasında bir batareyaya sahib olduğu düşünülən Samsung Galaxy S25 Edge-in, Galaxy S25 seriyasının qalan ailəsi kimi Snapdragon 8 Elite prosessoru ilə təchiz ediləcəyi düşünülür. Telefonun 12 GB RAM-a sahib olacağı iddia edilsə də, təqdimat tarixinin ən tez may ayı olacağı gözlənilir.

 

Rauf Hacıyev

Şərh əlavə et