Red Bull Philips ilə tərəfdaşlığı böyüdüb

Red Bull Philips ilə tərəfdaşlığı böyüdüb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Niderlandın Philips şirkətinin xüsusi tapşırıqlar üçün hazırlanmış monitor texnologiyaları istehsal edən bölməsi olan Philips Professional Displays (PPDS) Red Bull Racing komamdası ilə əməkdaşlığı yeni səviyyəyə qaldırıb.

Kokpit.az bildirir ki, PPDS əvvəllər yalnız təchizatçı idi, lakin indi Red Bull Racing-in rəsmi biznes tərəfdaşına çevrilib. Bu xəbər Philips-in bu gün dərc etdiyi press-relizdə açıqlanıb.

Philips mütəxəssisləri bu yaxınlarda Red Bull-un Milton Kinsdəki MK-7 tədbir kompleksində Formula 1 dünyasının ən böyük LED ekranını quraşdırdıqlarını elan ediblər. Bu nəhəng ekranın eni 46,35 metrdir və Red Bull-un texnoloji düşərgəsinin mühüm hissəsidir.

PPDS və Red Bull Racing arasındakı əməkdaşlıq ilk dəfə 2022-ci ildə başlayıb və indi daha əhatəli olub. Şirkət Red Bull Racing üçün rəqəmsal monitor texnologiyalarının yeganə təchizatçısı olmağa davam edəcək.

Red Bull komandasının rəhbəri Kristian Horner bu barədə belə açıqlama verib: “Formula 1 yüksək sürətin və davamlı gələn yeniliklərin dünyasıdır. Əgər yeniliklərə uyğunlaşa bilməsəniz, ən yaxşı halda ikinci yeri tutacaqsınız. Biz isə həm trasda, həm trasdan kənarda lider olmaq istəyirik. Buna görə də düzgün tərəfdaşlarla işləmək bizim üçün çox vacibdir. Həmişə hər şeyin ən yaxşısını seçirik.

PPDS səviyyəmizə və hədəflərimizə uyğun tərəfdaşdır. Tərəfdaşlığımızın belə davam etməsinə görə çox sevincliyik”.

Bunları da oxuyun

Şərh əlavə et