Valentino Rossi komandasında qalıb

Valentino Rossi komandasında qalıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Belçikanın WRT komandası 2025-ci il Dünya Dözümlülük Çempionatında BMW M4 GT3 Evo-nu idarə edəcək sürücü heyətini təsdiqləyib.

Əsas xəbər isə odur ki, əfsanəvi motosiklet yarışçısı və doqquz qat dünya çempionu Valentino Rossi bu komanda üçün mübarizəni davam etdirəcək – həmişə olduğu kimi, onun avtomobilində MotoGP-də də yarışdığı 46 nömrə həkk olunacaq. Qarşıdan gələn mövsüm üçün onun komanda yoldaşları BMW-nin yeni zavod sürücüsü Kelvin van der Linde və WEC-də 10 ildən çox təcrübəsi olan omanlı Əhməd Əl-Harthi olacaq.

Valentino Rossi: “Mən WEC-də təcrübəmi davam etdirəcəyim üçün çox həyəcanlıyam. Keçən il debüt mövsümüm yaxşı keçdi, bir neçə podium da daxil olmaqla yaxşı yarışlarımız oldu. Biz daha güclü və daha sürətli olmağa çalışmaq istəyirik.

Komanda ilə birlikdə biz performans səviyyələrimizi yaxşılaşdırmaq və hər yarışda daha rəqabətli olmaq üçün çox çalışacağıq. MotoGP-dən tanıdığım möhtəşəm traslarda yenidən yarışmaq əladır və bu, mənə xüsusi həzz verir. Əlbəttə ki, ən vacib trek Le Man trasıdır, burada keçən il bəxtimiz gətirmədi, lakin 2025-ci ildə podium uğrunda mübarizə aparacağıq!”

Bunları da oxuyun

Şərh əlavə et