Xəbəri Kokpitdə Oxuyun!

Monako 2031-ci ilə qədər təqvimdə qalacaq

Formula 1 rəhbərliyi Monako Qran Prisinin təşkilatçıları ilə müqavilənin müddətini altı il uzadacağını açıqlayıb.

İmzalanmış müqaviləyə əsasən, dar şəhər trasında baş tutan mərhələ 2031-ci il daxil olmaqla dünya çempionatının təqvimində qalacaq. 2026-cı ildən başlayaraq Monako Qran Prisi iyunun ilk həftəsonu keçiriləcək.

Stefano Domenikali: “Formula 1-in 2031-ci ilə qədər Monakoda keçiriləcəyinə şadam. Monte Karlo küçələri unikaldır, Formula 1-in məşhur hissəsidir və Monako Qran Prisi bütün sürücülərin qazanmaq istədiyi yarış olaraq qalır. Şahzadə II Albertə, Monako Avtomobil Klubunun prezidenti Mişel Boeriyə və bu mühüm müqavilənin yenilənməsində əməyi olan hər kəsə xüsusi təşəkkürümü bildirmək istəyirəm.

İmzalanmış müqavilə Formula 1 və Monako arasında əməkdaşlığın və innovasiyaların yeni dövrünü təşkil edir. Məhz Şahzadə II Albertin gələcəyə dair hazırlığı biz 2030-cu ilə qədər sıfır karbon emissiyasına doğru yolumuza davam edərkən logistik təzyiqləri azaldacaq və dünya çempionatının ətraf mühitə təsirini azaldacaq optimallaşdırılmış təqvim planlaşdırmağa imkan verəcək”.

Elçin Zodorov

Şərh əlavə et