Kokpit.az bildiri ki, McLaren Formula 1 Komandası bu barədə məlumat yayıb.
Andrea Stella 2000-2014-cü illərdə Ferrari komandasında işləyib və bu illər ərzində Mixael Şumaxer və Kimi Rəykkönenin performans mühəndisi, daha sonra isə Kimi Rəykkönenlə Fernando Alonsonun yarış mühəndisi kimi işləyib.
2015-ci ildə isə McLaren komandasına keçib. Burada müxtəlif vəzifələrdə işlədikdən sonra 2022-ci ildə komanda rəhbəri təyin edilib. Məhz bundan sonra McLaren komandası sürətlənməyə başlayıb.
McLaren-in idarə heyətinin rəhbəri Zek Braun yeni müqavilə ilə bağlı bunları deyib: “Andreanın komanda rəhbəri kimi McLaren-ə göstərdiyi təsir çox böyükdür. Onun liderliyi ilə komanda çox inkişaf etdi və uzun müddətli uğurlar üçün özümüzü hazırlamağa başladıq. Andreanın təcrübəsi və gələcəyə baxışı ilə hədəflərimizə çatacağıq”.
Şərh əlavə et