Formula 1 üçün jurnalistlərin qeydiyyatına start verilib

Formula 1 üçün jurnalistlərin qeydiyyatına start verilib
2PW27B5 16 LECLERC Charles (mco), Scuderia Ferrari SF-23, action during the Formula 1 Azerbaijan Grand Prix 2023, 4th round of the 2023 Formula One World Championship from April 28 to 30, 2023 on the Baku City Circuit, in Baku, Azerbaijan - Photo DPPI Credit: DPPI Media/Alamy Live News

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ü işıqlandırmaq istəyən KİV nümayəndələri Akkreditasiya Portalına daxil olaraq qeydiyyat üçün onlayn qaydada müraciət edə bilərlər. Media nümayəndlərindən qeydiyyatdan öncə linkə keçid edərək portaldan istifadə qaydalarının əks olunduğu İstifadəçi Təlimatı ilə tanış olmaları xahiş olunur.

Yarışlara qeydiyyat 12 iyun tarixindən etibarən start götürüb 22 iyul, saat 15:00-dək davam edəcək.

Natamam və ya 22 iyul tarixindən gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

Qeyd edək ki, 13-15 sentyabr 2024-cü il tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisi 2024 daxil olmaqla,  FIA Formula 1 Dünya Çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və  Formula One Management (FOM) şirkəti tərəfindən tənzimlənir. Yerli media nümayəndələrinin yarışa qeydiyyat prosesi Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərəfindən icra olunur.

Akkreditasiya prosesi ilə əlaqədar əlavə məlumat əldə etmək istəyənlər (+99455) 206 45 60 nömrəsinə zəng edə və ya accreditation@bakugp.az email ünvanına yaza bilərlər.

Bunları da oxuyun

Şərh əlavə et