Ferrari Spa-ya yeni motorla gələ bilər

Ferrari Spa-ya yeni motorla gələ bilər

Məlumata görə, təkmilləşdirilmiş güc qurğusu mühərriyin hazırkı əsas problemlərindən biri olan düzlükdə güc çatışmazlığını aradan qaldırmağa kömək etməlidir. Komandadakı mənbələr bildiriblər ki, yeni güc qurğusunun uyğunlaşdırılması ilə bağlı problem gözlənilmir və mühəndislər artıq komponentlərin son yoxlamalarını aparırlar.

Lakin burada vacib məqam da var. Belə ki, yeni güc qurğusunun tətbiqi ADUO proqramından asılı olacaq. Kanada Qran Prisindən sonra FIA güc qurğularını qiymətləndirəcək və Ferrari-nin liderlərdən nə qədər geri qaldığını, həmçinin Skuderiyanın hansı səviyyədə dəyişiklik edə biləcəyini müəyyənləşdirəcək.

Maranelloda ümid edirlər ki, hər şey plana uyğun gedəcək və yenilənmiş versiya Spa-da SF-26 bolidində istifadə olunacaq.

Bunları da oxuyun

Şərh əlavə et