Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Yarış tempi ümidvericidir

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, yarış templəri daha çox ümid verir. 

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Mayami yarışına yeddinci yerdən başlasa da, yekunda üçüncü yeri tutaraq, mövsümdə ikinci podiumunu qazanıb.

Oskar Piastri: “Asan həftəsonu olmadı. Kvalifikasiya hər ikimiz üçün uğursuz keçdi, amma yarış tempi daha ümidverici idi. Bir neçə ötmə etdim, xüsusilə son dövrələrdə ciddi irəliləyiş oldu.

Yarış çətin idi, xüsusilə belə şəraitdə, ona görə komandaya təşəkkür edirəm. Aydındır ki, sürət baxımından irəli addım atmışıq və bu sevindiricidir.

Bu həftəsonu göstərdi ki, trasda yaxşı mövqedə olanda yüksək nəticələr uğrunda mübarizə apara bilirik. Yaponiyada qələbəyə yaxın idik, burada da irəliləyiş var. Ümid edirəm ki, Kanadada daha bir addım atacağıq və növbəti mərhələləri səbirsizliklə gözləyirəm.”

Rauf Hacıyev

Şərh əlavə et