Kokpit.az xatırladır ki, Start o qədər də uğurlu olmasa da, yarışın gedişində o, çox inamlı çıxış edib. Komanda erkən pit-stop strategiyasını düzgün tətbiq edib və bu, ona Lando Norrisi keçməyə imkan verib. Bundan sonra Kimi yarışı qələbə ilə başa vurmağı bacarıb.
Kimi Antonelli: “Start dünənki qədər pis olmadı, bir az daha yaxşı alındı. Şarl Leklerin bu qədər tez əyləc basacağını gözləmirdim, ona görə ondan yayınmalı oldum və təkərləri blokladım.
Sonra ikinci döngədə Maks Ferstappenin maşınının fırlanması epizodunda bir qədər bəxtim gətirdi. Amma daha sonra hibrid sistemin enerjisindən istifadə edərək Şarlı keçməyə çalışanda kiçik səhv etdim və Lando ilə müqayisədə mövqeyimi itirdim.
Bundan sonra tempim pis deyildi, ona yaxın məsafədə qala bilirdim. Komanda düzgün seçilmiş taktikanı əla həyata keçirdi. Erkən pit-stop edib “undercut” etdik və bu bizə önə çıxmağa imkan verdi. Daha sonra yarışı birinci yerdə bitirə bildik, baxmayaraq ki, bu, asan olmadı.
Bu isə hələ başlanğıcdır! Qarşıda uzun yol var, biz çox çalışırıq və komanda əla iş görür. Onlar olmasaydı, mən buna nail ola bilməzdim. Hamısına və ailəmə təşəkkür edirəm! Bu gün bu anın dadını çıxaracağam, sonra isə işə qayıdacağıq”.




Şərh əlavə et