Hacar yarışa pit yolundan başlayacaq

Hacar yarışa pit yolundan başlayacaq

Fransız sürücü yeni enerji yığıcısı və idarəetmə elektronikası bloku ilə təmin olunub. Bunun üçün komandanın mexanikləri “qapalı park” rejimini pozmalı olub və nəticədə cəza olaraq Hacar yarışa pit-leyndən start alacaq.

Bundan əvvəl Ayzek Hacar bolidinin texniki reqlamentə uyğun olmaması səbəbilə sıralanma protokolundan diskvalifikasiya edilmişdi, lakin yarışda iştirakına icazə verilmişdi.

Bunları da oxuyun

Şərh əlavə et